Kəbə basqını (1979)
From Wikipedia, the free encyclopedia
Kəbə basqını — Kəbədə 20 noyabr 1979-cu ildə başlayan və 4 dekabr 1979-cu ilə qədər davam edən silahlı qarşıdurma.
Cəld faktlar Hücum yeri, Vaxt ...
Kəbə basqını | |
---|---|
Hücum yeri |
Kəbə, Məkkə Səudiyyə Ərəbistanı |
Vaxt |
20 noyabr 1979 – 4 dekabr 1979 |
Hücum üsulu | Kütləvi |
Həlak olanlar | 244 |
Yaralılar | 451 |
Terrorçu sayı | 243-1000 |
Terrorçular | Cuheyman əl-Uteybi |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Bu basqını təşkil edən qrupun başında 1955-1973-cü illərdə Səudiyyə Ərəbistanı Milli Qvardiyasında xidmət etmiş Cuheyman əl-Uteybi dayanırdı. Basqın zamanı o, təbliğat aparmaq üçün Məscidül-Həramdakı camaatı girov götürür, rəhbərlikdən siyasi tələblər irəli sürür və qaynı Məhəmməd ibn Abdullah əl-Kəhtanini Mehdi elan edir. İki həftə davam edən basqın, Fransanın antiterror birləşmələrinin dəstəyi ilə baş tutan hərbi əməliyyat nəticəsində başa çatıb və əsir götürülən basqınçıların bütün üzvləri, o cümlədən Cuheyman əl-Uteybi, Səudiyyə Ərəbistanı qanunlarına əsasən qolları kəsildikdən sonra edam edilib.