Kəşfiyyat və Əks-kəşfiyyat Bölməsi (AXC)
From Wikipedia, the free encyclopedia
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Qərərgahının General-kvartmeystr İdarəsinin Kəşfiyyat və Əks-kəşfiyyat Bölməsi, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq, ölkənin maraqlarına uyğun məlumatların toplanması işlərini həyata keçirmək üçün yaradılmış kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik qurumları.[1][2][3] Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi üçün ölkənin hərbi və daxili işlər nazirliklərinin üzərinə böyük vəzifələr düşürdü.