From Wikipedia, the free encyclopedia
Kür dili adası — Xəzər dənizində Azərbaycana məxsus ada.[1][2] Aran iqtisadi-coğrafi rayonunun şərqində yerləşir. İnzibati cəhətdən isə adanın şərqi Neftçala, qərbi isə Lənkəran inzibati rayonlarına məxsusdur. Neftçala şəhərindən 33 km, Bakıdan isə 150 km cənubda yerləşir. Ada Azərbaycanın sahəsinə görə ən böyük adasıdır.
Kür dili | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 43 km² |
Uzunluğu | 11,8 km |
Eni | 5,2 km |
Əhalisi | 0 nəfər (2021-ci il) |
Yerləşməsi | |
38°58′30″ şm. e. 49°07′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Akvatoriya | |
|
|
Adada mövcud olmuş Kürdili kəndinin adı adanın adından götürülmüşdür.[3]
Ada Kürün tarixi deltasında yerləşir. Belə ki, gətirmə suxurların mənsəbə yığılması nəticəsində əmələ gəlmişdir. Hazırda isə Kürün deltası yarımadadan 35–40 km şimalda yerləşir. Xəzər dənizinin qalxıb enməsi ilə əlaqədar yarımada və ada arasında tərəddüd edir. Son zamanlar səviyyənin qalxması ilə əlaqədar adaya çevrilmişdir. Sahəsi 43 km² təşkil edir. Uzunluğu 11,8 km, eni isə 5,2 km-dir. Yarımsəhra və quru çöl iqliminə malikdir. Qızılağac qoruğunun bir hissəsi yarımadanın ərazisinə düşür. Şərqdə Xəzər dənizi, qərbdə isə Qızılağac körfəzi onun sahillərini yuyur. Kür daşı adası adanın şərqində yerləşir. İddiaya görə hər il ada 50–100 metr arasında əriyir.
XX əsrin əvvəllərində əraziyə ruslar, kazaklar və molokanlar köçürülmüşdür. 1911-ci ildə adada ilk mayak istifadəyə verilib. Mayak 1966-cı ilə qədər fəaliyyət göstərib[4]
Azərbaycan SSR dövründə adada Neftçala rayonu inzibati ərazisinə daxil olan iki kənd (Kürdili, Şirvanlı) mövcud olub. 2 kənddə 3 minə qədər adam yaşayıb. Adada məktəb, mədəniyyət evi, kinozallar, kitabxanalar olub.[2] Məhsuldar torpaqda üzüm və nar yetişdirilirdi, burada atçılıq və heyvandarlıq fermaları yerləşirdi.
1981-ci ildə Xəzər dənizində suyun qalxması nəticəsində Neftçala rayonu ərazisindən bu əraziyə olan yol dağılmış və yarımada adaya çevrilmişdir. 1982-ci ildə kəndə quru yolu ilə getmək mümkün deyildi. Ada əhalisi SSRİ dağıldıqdan sonra Rusiyaya və başqa ölkələrə, həmçinin Neftçala rayonu ərazisində yeni tikilmiş evlərə köçürülmüşdür. 2013-cü ildə adada 4 ailə qalmışdı.[2] 2019-cu ildə adada cəmi 1 nəfər — Vitali Pronin yaşayırdı.[5]
1929-cu ildə adanın qərb sahillərinin də daxil olduğu ərazidə Qızılağac qoruğu yaradılmışdır. Bu hissədə canlılar qorunur. Əsasən su quşları və balıqlarla[1] zəngindir. Sovet dövründə burada atçılıq fermaları olub. Sovetlər təzə qurulanda burada yetişdirilən atlar müxtəlif rayonlara, kəndlərə göndərilirmiş ki, əkin-biçində istifadə olunsun. Su qalxıb kolxoz dağılanda, bu atları buraxıblar. Sürü şəklində gəzən bu atlar artıq vəhşi atlara çevrilib.[2]
Ada haqqında "Əriyən ada"[6], Sonuncu[7][8] və Daxildəki ada adlı filmlər çəkilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.