Kürək (texnika)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kürək turbinlərdə, nasoslarda və kompressorlarda mediumun nəqlinə xidmət edir. Kürəyin alt və üst səthlərini əlaqələndirən divar cərəyan kanalının parametrlərini müəyyən edirlər. Onun ölçüsündən asılı olaraq kürəyin giriş və çıxışı arasında yaranan cərəyan impulsu müxtəlif olur. Bununla cərəyan kürəyə təsir edən qüvvə yaradır. Çarx üzrə yan-yana düzülmüş kürəklər tor əmələ gətirir. Rotor üzərinə bərkidilmiş və turbin daxilində yerləşdirilmiş kürəklər iş zamanı medium ilə maşının hərəkətli hissələri arasında güc ötürücüsü rolunu oynayır. Fırlanan kürəkli çarxdan fərqli olaraq yönəldici çarx gövdə ilə tərpənməz bərkidilir və reaksiya momentini gövdəyə ötürür. Kürəklər onları çarxda bərkitmək üçün ayaqdan və tətbiq sahəsindən asılı olaraq müəyyən qalınlıqlı lövhədən ibarətdir.
Kürəyin profili kürəklərin tətbiq olunduğu güc maşınlarında sorma və sıxma tərəflərinin həndəsi formasıdır. O, kürəklər arasında cərəyan axınının parametrlərini müəyyən edir. Kürəyin profili, işləmə şəraitini nəzərə alaraq kompyüter texnologiyasının köməyi ilə layihələndirilir. Kürəyin profili və vəziyyəti elə təyin edilir ki, o verilən medium axınını lazımi istiqamətdə və intensivliklə yönəldsin, həmçinin iş zamanı yaranan təzyiqə tab gətirən möhkəmliyə malik olsun. Profilin parametrlərinin verilməsi çox vaxt profil koordinatları x-dən asılı olaraq y0 və yu ilə ifadə edilir. Silindrik kürəklərdə profilin ölçüsü aşağıdan yuxarıya sabit qalır. Burulmuş kürəklərdə profilin en kəsiyi yuxarıya getdikcə dəyişir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.