Köhnə poçt (Belqrad)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Köhnə poçt (serb. Стара пошта) Belqradda yerləşən, ilkin görünüşü saxlanılmamış, şəhərin simvollarından biri hesab edilən binadır[1][2]. Belqrad-Qlavnı dəmir yolu stansiyasının yanında, Savskaya küçəsi 2[3] ünvanında yerləşir. Momir Korunoviçin layihəsinə müvafiq olaraq neo-bizans üslubunda tikilmiş və İkinci Dünya müharibəsi zamanı Yuqoslaviyanın bombalanması nəticəsində dağıdılmış, 1947-ci ildə isə funksionalist üslubda yenidən bərpa edilmişdir[4][5].
Köhnə poçt | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 44°48′26″ şm. e. 20°27′18″ ş. u.HGYO |
Poçt şöbəsi 1920-ci illərdə tikilib və fasadına görə dərhal Belqradın ən gözəl binalarından, eləcə də Korunoviçin ən yaxşı əsərlərindən biri statuslarını qazanmışdır[6][7]. Poçt idarəsi memarlıq cəhətdən ekspressionizm və modernizm motivlərini özündə birləşdirir; Bu binada işləyərkən Korunoviç özünəxas akademik sərtlik nümayiş etdirməmişdir. 1930-cu illərin sonlarında poçt idarəsinin 700-dən çox işçisi var idi ki, bu da onu Balkanların ən böyük poçt şöbəsinə çevirə bilmişdi[8][9].
Müharibədən sonra yeni kommunist hakimiyyət orqanları binanın fasadını “burjua”casına yaradılmış hesab etmişdirlər[10]. Bnanın yenidən tikilməsi layihəsi həvalə edilmiş memar Pavel Krat isə Korunoviçin işini “müvəffəqiyyətsiz istifadənin tipik nümunəsi, üslub elementləri ilə həddən artıq yüklənmiş xalq memarlıq irsi” adlandırmışdır[11].
2018-ci ildə Belqrad merinin müavini Qoran Vesiç binanın köhnə fasadının tezliklə bərpa edləcəyini elan etmişdir[12]. Memar və şəhərsalma üzrə mütəxəssis Marko Stoyçiç bunu 2020-ci ilin iyul ayında təsdiqləyərək qeyd etmişdir ki, köhnə poçt binası İkinci Dünya Mmharibəsindən əvvəlki görünüşünə sahib olacaqdır[13][14]. Mədəniyyət abidələrinin mühafizəsi İnstitutunun mütəxəssisləri bildirdilər ki, bina ilkin formasını itirdiyindən poçt şöbəsi əvvəlki formasına qaytarılacaq, lakin qismən bərpa olunacaqdır[15]. 2022-ci ilin iyun ayında, təmirdən sonra binada teatr və kitabxananın yerləşəcəyi elan edilmişdir[16]. Həmin ilin dekabr ayında maliyyə naziri Sinişa Mali bunu təsdiq etmiş və burada məktəb və muzeyin də yerləşəcəyini bildirmişdir. 2023-cü ilin yanvar ayında şəhər rəsmiləri təmir edilmiş binanın 2025-ci ilin əvvəlində açılacağını elan etmişdirlər; Savskaya küçəsi ilə üzbəüz olan iki divarın mühafizə edilib saxlanacağı, yoxsa sökülərək poçtun sıfırdan yenidən tikiləcəyi məsələsi isə hələlik qərara alınmamışdır[17][18].
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.