From Wikipedia, the free encyclopedia
Aktrisa Janna Samarinin portreti (fr. Portrait de Jeanne Samary) - Fransız impressionist rəssamı Pyer-Ogüst Renuar tərəfindən 1877-cı ildə çəkilmiş rəsm əsəri. Janna Samarinin bu portreti rəssamın bütün yaradıcılığında ən impressionist portretlərdən biri hesab olunur, eyni zamanda gülümsünən və dalğın qadın zərif mavi-yaşıl donunda çəhrayı fonda təsvir edilmişdir. Rəssamın iş üslubu çox sərbəstdir, bəzən bu hal lap saymazyanalığa qədər öz əksini tapır, lakin elə bunun özü qeyri-adi təzəlik, ruhən aydınlıq və sakitlik ovqatı yaradır.
Aktrisa Janna Samarinin portreti | |
---|---|
fr. Portrait de Jeanne Samary | |
Rəssam | Pyer-Ogüst Renuar |
Tarixi | 1877 |
Texnikası | Kətan, yağlı boya. 56x46 sm |
Saxlanıldığı yer | Puşkin Muzeyi, Moskva |
Vikianbarda əlaqəli mediafayllar |
Seamless Wikipedia browsing. On steroids.