II Kültəpə yaşayış yeri (Babək)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
II Kültəpə — Naxçıvanda Çəhriçayla Naxçıvan çaylarının birləşdiyi yerdə, üç hektara yaxın sahəni tutan arxeoloji abidə. II Kültəpə Naxçıvan və Urmiya bölgəsindəki bəzi yaşayış məskənləri Qədim Şərqin ilkin şəhər mərkəzləri səviyyəsinə qədər yüksəlmişdir. Qədim Naxçıvan şəhəri II Kültəpə yaşayış məskəni Azərbaycanda ilkin şəhər-dövlətlərdən birinin mərkəzi olmuşdur . Bu şəhər 3500 il bundan əvvəl yaranmışdır. Üçbucaq şəklində olan bu yaşayış yeri Çəhriçayla Naxçıvançayın birləşdiyi ərazidə yerləşir.
II Kültəpə | |
---|---|
39°16′14″ şm. e. 45°27′16″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Babək |
Yerləşir | Aşağı Uzunoba kəndi, Çəhriçayla Naxçıvan çaylarının birləşdiyi yerdə |
Aidiyyatı | Orta Tunc-Son Tunc |
Üslubu | arxeoloji abidə |
Sahəsi | 3 ha |
İstinad nöm. | 34 |
Kateqoriya | Arxeoloji abidə |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
II Kültəpənin 7–10 qalınlığında olan ilk təbəqəsi erkən tunc dövrünə aiddir. Araşdırmalar zamanı çiy kərpicdən inşa olunmuş dairəvi formalı binaların qalıqları aşkar olunmuşdur. Radiokarbon (C 14)analizlərin nəticəsi bu təbəqənin e.ə. 3500–2400-cü illərə aid olduğunu göstərir.
Bu çoxtəbəqəli abidənin orta tunc dövrünə aid təbəqəsinin qalınlığı 4 metrdən çoxdur. Bu e.ə. II minillikdə Kültəpə sakinlərinin həyat və məişətini özündə əks etdirən dörd inşaat mərhələsindən ibarətdir. Yaşayış yerinin ətrafında müdafiə divarları çəkilmişdir. Mədəni təbəqədən yaşayış yerlərinin, təsərrüfat binalarının, istehsalat ocaqlarının qalıqları ilə yanaşı külli miqdarda boyalı qablar, daşdan, sümükdən və tuncdan hazırlanmış əmək alətləri, bəzəklər, silahlar və s. üzə çıxarılmışdır.
Mükəmməl tikinti texnikasına bələd olan Kültəpə sakinləri inşaat materialı kimi çiy kərpicdən, möhrədən və daşdan istifadə etmişlər. Burada inşa edilmiş müdafiə istehkamı, yaşayış və təsərrüfat binaları yüksək memarlıq zövqünün məhsulu olub, dövrün inşaat işləri haqqında geniş təsəvvür yaradır. Mürəkkəb quruluşlu müdafiə istehkamı dördkünc bürclərlə daha da möhkəmləndirilmişdir.
II Kültəpədə həm monoxrom, həm də polixrom gil qablara təsadüf olunur. Onlar formaca müxtəlifdirlər. Qabların naxışları da zəngindir. Onların üzərində həndəsi naxışlarla yanaşı, müəyyən mənaları ifadə edən süjetli rəsmlər də vardır.
II Kültəpənin III təbəqəsindən dördbucaqlı bina qalıqları üzə çıxarılmışdır. Əsasən çiy kərpicdən tikilmiş binaların döşəmələri torpaq və daşdandır.
Araşdırmalar təsdiq edir ki, II Kültəpə Orta Tunc dövrünün şəhər tipli yaşayış yerlərindən biri olmuşdur. II Kültəpədə yaşayış yeri 3 ha sahəni əhatə edir. Yaşayış yeri möhtəşəm qala divarları ilə əhatə olumuşdur. Onun üçdə bir hissəsi bürcləri, dayaqları olan müdafiə divarı ilə əhatə olunmuşdur. Eni 2 m olan qala divarı palçıqla bərkidilmiş daş bünövrə üzərində hörülmüşdür. Divarın özünün inşasında iri kvadrat kərpiclərdən istifadə olunmuşdur (32x32x11 sm; 38x38x12 sm; 40x40x12 sm; 44x44x12 sm). Az keçmədən qala divarı dağıntıya məruz qalır və öz müdafiə əhəmiyyətini itirir. Ancaq bir qədər sonra o bərpa olunur, lakin sahəsi xeyli kiçilir. Qalanın şərq və cənub hissəsində köhnə divar əvəzinə yenisi tikilir. Yaşayış və təsərrüfat tikililəri düzplanlı olub, palçıqla bərkidilmiş daşdan hörülmüşdür. Bəzi evlər bir neçə otaqlıdır. Güclü və qəflətən baş vermiş yanğından tikintilər dağılmış, yaşlı bir adam sümükləri yanğın qalıqları içərisindən tapılmışdır.
Orta tunc dövründə II Kültəpədə dörd inşaat qatı və 4 m-dən artıq mədəni təbəqə burada yaşayışın uzunmüddətli olması haqqında təsəvvür yaradır. Yaşayış yerindən çoxlu və müxtəlif material tapılmışdır. Burada rast gəlinən daş gürzlər müxtəlif sahələrdə istifadə olunmuşdur. Çox güman ki, onların zərif nümunələri silah kimi tətbiq edilmişdir.
II Kültəpə yaşayış məskənində dulusçuluq məhəlləsi , emalatxanası daş döşəmənin küçə və dulus sobaları aşkar edilib. Yaşayış yerindən dən üyütməkdə istifadə olunan daş alətlər, çaxmaq daşından oraq dişləri, taxıl qalıqları, ev heyvanlarının sümükləri, metal əşyalar, metal tökmək üçün gil buta, əldə, qismən də çarxda hazırlanmış müxtəlif formalı sadə və boyalı qab-qacaq məlumdur. Naxış əksər halda həndəsi fiqurlardan ibarət olsa da, insan, quş və heyvan təsvirlərinə də rast gəlinir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.