![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cf/Battle_of_Edeesa_1146.jpg/640px-Battle_of_Edeesa_1146.jpg&w=640&q=50)
II Joslen (Edessa qrafı)
From Wikipedia, the free encyclopedia
II Joslen (fr. Josselin II) (təq. 1113[1] – təq. 1159[1][2], Hələb[2]) — sonuncu Edessa qrafı.[3] Atası Edessa qrafı I Joslen, anası isə Kilikiya çarı I Konstantinin qızı Beatrisa idi.
II Joslen | |
---|---|
![]() | |
1131 – 1144 | |
Əvvəlki | I Joslen |
Sonrakı | - |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1113[1] |
Vəfat tarixi | təq. 1159[1][2] |
Vəfat yeri | |
Fəaliyyəti | monarx, siyasətçi, rəhbər[d] |
Atası | I Joslen |
![]() |
Hələb yaxınlığındakı bir qala uğrunda gedən döyüşlərdə ağır yaralanan I Joslen idarəni oğlu II Joslenə təhvil verərək vəfat etdi. Bu əsnada Ön Asiyada güclənən zəngilər Hələb və Mosul torpaqlarını ələ keçirmiş, Edessa bölgəsi üçün təhlükə yaratmağa başlamışdılar. 1144-cü ildə Edessa qalasını mühasirəyə alan zəngilər 24 dekabrda qalanı ələ keçirdilər. Canını zorla xilas edən II Joslen 1146-cı ilin oktyabrında hakimiyyəti bərpa etmək üçün yenidən ayaqlansa da, cəmi 1 ay sonra yenidən məğlub edildi. 1150-cı ildə zəngilər tərəfindən əsir alındı və gözlərinə mil çəkilərək Hələbə aparıldı. Burada 1159-cu ildəki ölümünədək əsir tutuldu.