II Hörmüz
From Wikipedia, the free encyclopedia
II Hörmüz və ya II Ormizd (pəhl. 𐭠𐭥𐭧𐭥𐭬𐭦𐭣) — Sasanilər imperiyasının şahı. O, 303-cü ildən 309-cu ilə qədər, yəni yeddi il və beş ay hakimiyyətdə olmuşdur. II Hörmüz Narsenin (293–303-cü illərdə hakimiyyətdə olmuşdur) oğlu və varisi idi.
II Hörmüz | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | III əsr |
Vəfat tarixi | 309 |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Anası | Sakastanlı Şapurduxtak |
Uşaqları | |
Dini | Zərdüştçülük |
Vikianbarda əlaqəli mediafayllar |
Onun hakimiyyəti dövründən bir qədər əvvəl Ermənistan krallığı xristianlığı özünün rəsmi dini elan etmiş və beləliklə, Sasanilər ilə bölüşdüyü qədim zərdüşti irsini tərk etmişdi. II Hörmüzün hakimiyyəti zamanı dövlətdə daxili qarışıqlıqlar mövcud idi, lakin o, uğurla bunların öhdəsindən gələ bilmişdi. II Hörmüz qərbdəki səylərində müvəffəqiyyət qazanmış, Suriyada Qəssani padşahını məğlub etmiş və onu öldürmüşdür. Buna baxmayaraq, onun səltənəti İran zadəganlarının intriqaları ilə dolmuşdu və o, tənha bir yerə aparılaraq sui-qəsdə uğramışdır.
Onun yerinə oğlu Aturnarse keçmiş, bir neçə ay hakimiyyətdə olduqdan sonra o da zadəganlar tərəfindən öldürülmüşdür. Onlar əvəzində II Hörmuzun körpə oğlu II Şapuru taxtda çıxarmışdılar.