Həmdullah Qəzvini
Elxanilər dövlətinin vaxtında maliyyə işləri məmuru, şair, tarixçi, coğrafiyaşünas / From Wikipedia, the free encyclopedia
Həmdullah Mustovfi Qəzvini[lower-alpha 1] (fars. حمدالله مستوفى قزوینی; 1281[1], Qəzvin, Elxanilər dövləti[1] – ≥ 1339[2], Qəzvin[1]) — İran[5][6][7] məmuru, tarixçisi, coğrafiyaşünası və şairi. O, monqol Elxanilər dövlətinin son dövründə və ondan sonrakı fətrət dövründə yaşamışdır.
Həmdullah Qəzvini | |
---|---|
| |
Doğum tarixi | 1281[1] |
Doğum yeri | |
Vəfat tarixi | ≥ 1339[2] |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | coğrafiyaşünas, şair, tarixçi, yazıçı |
Tanınmış əsəri |
|
Həmdullah Qəzvini Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Əslən Qəzvindən olan Həmdullah mustovfilər (maliyyə mühasibləri) ailəsində anadan olmuş, ona görə də bu adı almışdır. O, onu tarixi-coğrafi əsərlər yazmağa ruhlandırmış, dövrün qabaqcıl vəziri və tarixçisi Rəşidəddin Həmədaninin yaxın yoldaşı olmuşdur. Qəzvini üç əsərin müəllifidir: "Tarix-i güzidə" (Seçilmiş tarix), "Zəfərnamə" və "Nüzhət əl-qulub" (Qəlblərin əyləncəsi). Böyük nüfuzlu şəxsiyyət olmuş Qəzvininin İran tarixini və coğrafiyasını konseptuallaşdırmaq üsulu XIII əsrdən bəri digər tarixçilər tərəfindən istifadə edilmişdir.
O, doğulduğu Qəzvin şəhərində, Uzun Günbəz türbəsində dəfn olunmuşdur.