Hyustonun ən yüksək binalarının siyahısı
From Wikipedia, the free encyclopedia
Hyustonun ən yüksək binalarının siyahısı — ABŞ-nin Texas ştatında yerləşən Hyuston şəhərinin hündürlüyünə görə sıralanmış və 150 metrdən hündür olan binalarını ehtiva edir.
Siyahıya hündürlüyü 305 metr olan 75 mərtəbəli JPMorgan Chase Tower binası başçılıq edir. Bu binanın tikintisi 1982-ci ildə bitib[1]. JPMorgan Chase həm də dünyada ən yüksək beşkünc binadır.[2] Hyustonda hündürlüyünə görə ikinci və üçüncü yeri uyğun olaraq Wells Fargo Plaza[3][4] və Williams Tower[5][6] binaları tuturlar.
Hyustonda hündür bina tikintisi tarixi 1904-cü ildən başlayır. Belə ki, öz hündürlüyü ilə digər azmərtəbəli binalardan seçilən Franklin Lofts binasının tikintisi məhz bu ildə başa çatmışdır.[7][8] Hündürlüyü naməlum olan bu binanın cəmi 8 mərtəbəsi var. Siyahıda ən son tikilən bina tikintisi 2011-ci ildə başa çatmış BG Group Place binasıdır.[9][10][11][12]
Hyustonda hündür binaların daha çox tikintisi 1970-ci və 1980-ci illərə təsadüf edir. Şəhərdə tikilən 150 metrdən hündür olan və hal hazırda da mövcud olan binaların 24-ü bu müddətdə tikilmişdir. Hazırda Hyustonda hündürlüyü 150 metrdən yuxarı olan 29 bina vardır və bu cür yeni binaların tikintisi haqqında müzakirələrin aparılması məlum deyil.