Hüqo mükafatı
From Wikipedia, the free encyclopedia
Hüqo mükafatı — hər il əvvəlki il yayımlanan ən yaxşı elmi fantastika və fentezi işlərinə müxtəlif kateqoriyalarda verilən mükafat. Mükafatın adı qabaqcıl elmi fantastika jurnalı Amazing Storiesin qurucusu olan Hüqo Qernsbekdən gəlir. İlk olaraq 1953-cü ildə verilən mükafat 1955-dən bəri aralıqsız hər il sahiblərini tapır.
Hüqo mükafayı namizədləri və qazananları Worldcon sırasında qurultaya qatılan üzvlər tərəfindən müəyyən edilir. Hər kateqoriyada beş namizəd arasından biri WSFS-nin müəyyən etdiyi seçim sistemi olan alternatif səs sistemi üsuluna görə seçilir. Üzvlər mükafata layiq əsər tapa bilməyəndə mükafat yoxdur seçimini də etmə haqqına sahibdirlər.
Hoffman Bronze Company tərəfindən bir raket formasında dizayn edilən mükafat hal-hazırda elmi fanı olan Piter Ueston tərəfindən yaradılıb. Raket formasında mükafatın bağlı olduğu qayda isə Worldcon komitəsinin məsuliyyətindədir və hər il dizaynı dəyişdirilir.
Bir sonrakı mükafat mərasimi 5 sentyabr 2010 tarixinde 68-ci Worldcon-a (Aussiecon 4) ev sahibliyi etməli olan Avstraliyanın Melburn şəhərində təşkil ediləcək.