![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8f/Hunnish_-_Horse-Head_Fibula_-_Walters_57482_-_Back.jpg/640px-Hunnish_-_Horse-Head_Fibula_-_Walters_57482_-_Back.jpg&w=640&q=50)
Hun incəsənəti
From Wikipedia, the free encyclopedia
Hun incəsənəti — əslən Orta Asiyadan olan Hunların Avropada yaratmış olduğu bütün mədəniyyət nümunələri nəzərdə tutulur. Hun sənəti əsasən qazanlar, qablar və zinət əşyaları, boyunbağılar, fibula və bilərziklərdən ibarətdir. Bu motivlərdə tez-tez təsvir edilən heyvan fiqurları ilə birlikdə, ağaclara və həndəsi şablonlara da rast gəlinir. Hun incəsənəti german tayfalarının incəsənətinə və ümumilikdə Avropa incəsənətinə böyük təsir etmiş, orada yunan-roma incəsənət ənənəsinin sona çatmasında rol oynamışdır. Hun incəsənəti özüdə Asiyadakı sivilizasiyalardan bəhrələnmişdir.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8f/Hunnish_-_Horse-Head_Fibula_-_Walters_57482_-_Back.jpg/640px-Hunnish_-_Horse-Head_Fibula_-_Walters_57482_-_Back.jpg)
Hunların maddi mədəniyyətini və incəsənətini öyrənə bilmək üçün iki qaynaq vardır: qədim əlyazmalar və arxeologiya. Lakin Hunlar köçəri həyat sürdükləri üçün onların incəsənəti və yaşamı barədə arxeoloji qaynaqlar az qalmışdır.[1] Buna baxmayaraq, 1945-ci ildən sonra Hunlara aid olan xeyli sayda arxeoloji material aşkar edilmişdir. Təkcə 2005-ci ildən Hunlara aid olduğu bəlli olan 200 maddi mədəniyyət nümunəsi üzə çıxarılmışdır. Bu nümunələr Hun məzarları olmuşdur ki, oradan tapılanlar da Hunlara aid edilmişdir.[2] Bəzi arxeoloji nümunələrin dəqiq olaraq Hunlara aid olub-olmamasını müəyyənləşdirmək çətindir, çünki Hunlarla Sarmatlar çox yaxın ərazilərdə yaşamaqla birlikdə həyat təzləri də bir-birinə çox bənzəmişdir. Buna görə də, bəzi tapıntıların Sarmatlara və ya Hunlara aid olması sual doğurur. Tarixçi Hyun Jin Kim buna görə də, nəyin etnik olaraq Hunlara aid olub-olmamasını müəyyən etməyin çox çətin olduğunu bildirir.[3] Avropadakı Hunların onlara tabe olan german qəbilələri ilə qarşılıqlı əlaqələrinin olması faktı bunu daha da çətinləşdirir.[2] Eyni zamanda Hunlar barədə yazılmış Roma qaynaqları da çox tərəflidir və onların primitiv yaşamalarını vurğulamaqla kifayətlənir.[4][5]