Hudzon körfəzi
From Wikipedia, the free encyclopedia
Hudzon körfəzi (ing. Hudson Bay, fr. baie d'Hudson, inuktitut Kangiqsualuk ilua) — Şimal Buzlu okeanın akvatoriyasına daxil olan və birbaşa boğaz vatəsi ilə Atlantik okeana çıxışı olan körfəzdir (Faktiki olaraq isə Hudzon daxili dənizdir). Körfəz Kanadanın Kvebek, Ontario, Manitoba və Nunavut vilayətlərinin ərazisi ilə hüdudlanır. Labrador dənizi ilə Hudzon boğazı vastəsilə birləşir, Şimal Buzlu okean ilə Foks körfəzi vastəsilə birləşir. Körfəzin sahəsi 1,23 milyon km² təşkil edir.
Hudzon körfəzi | |
---|---|
ing. Hudson Bay, fr. baie d'Hudson, inuktitut Kangiqsualuk ilua | |
| |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Sahəsi |
|
Dərin yeri | 258 m |
Yerləşməsi | |
60°00′ şm. e. 90°00′ q. u. | |
Ölkə | Kanada |
Akvatoriyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Dərinliyi 258 metrdir. Oktyabrdan iyul ayına qədər buzla örtülü olur. Sularında Terka, Kambala və seld kimi balıqlar tutulur. Suiti bölgə üçün əhəmiyyətlidir. Əsas limanları Çörçil və Port-Nelsondur.
Körfəzin daxilində bir sıra adalar vardır: Sauthempton (ada), Kots, Mansel, Nottinqem, Solsberi, Lonq-Aylend, Belçer adaları, Ottava adaları, Sliper adaları.
Korfəzə axan ən iri çaylar: Telon, Çörçil, Nelson, Severn, Uinisk, Xeys, Kaskattama, Ketl, Niskibi, Ta-Ann, Tleviaza, Karibu, Sil, Nastapoka, Ptit-Balen, Qrand-Balen, Kоqаluk, Pоvоnqnituk.