Honkonq bayrağı
From Wikipedia, the free encyclopedia
Honkonq bayrağı və ya Çin Xalq Respublikası Honkonq Xüsusi Rəhbərlik Bölgəsi Bayrağı, (Ənənəvi Çin dili: 中華人民共和國香港特別行政區區旗; Sadələşdirilmiş Çin dili: 中华人民共和国香港特别行政区区旗), qırmızı zəmin üzərində Honkonqa xas bahunya çiçəyini təmsil edən beş tac yarpaqdan ibarətdir. Zəmin rəngi qırmızı Çin Xalq Respublikasının rəsmi bayrağına bağlı qalınaraq seçilmişdir.
Honkonq bayrağı | |
---|---|
Təfərrüatlar | |
İstifadəsi | Mülki və dövlət bayrağı, mülki və dövlət dəniz bayrağı |
normal | |
Proporsiya | 2:3 |
Vikianbarda əlaqəli mediafayllar |
Honqkonq bayrağı 16 fevral 1990-cı ildə dizayn olunmuş və 4 aprel 1990-cı ildə yeddinci Çin Milli Xalq Məclisinin üçünü iclasında qəbul edilmişdir.[1] Böyük Britaniyanın tabeliyindən çıxaraq, Çin Xalq Respublikasına bağlanma şənliklərinin keçirildiyi 1 iyul 1997-ci ildə ilk dəfə rəsmi olaraq qaldırılmışdır. Bayrağın dəqiq istifadə yerləri və qaydaları Çin Xalq Respublikasının paytaxtı Pekində iclasda hazırlanmışdır[2].
1843-cü ildən 1997-ci ildə ingilislərin Honkonq üzərindəki səlahiyyətlərini Çin Xalq Respublikasına verdiyi vaxta qədər Honqkonq bayrağı bir neçə dəfə dəyişilmişdir. Bunan əvvəlki bayrağın sol tərəfinin üst hissəsində qalan ingilis bayraq simgəsi və sağ hissəsinin ortasında ağ dairə içində olan Honqkonq simgəsindən ibarət idi.