Hitaçinaka
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Hitaçinaka (ひたちなか市, Hitachinaka-shi?) — Yaponiyanın Kanto regionunun şimalında, İbaraki prefekturasında yerləşən şəhər. Şəhər 1 noyabr 1994-cü ildə qurulmuşdur.
Hitaçinaka | |
---|---|
yap. | |
36°23′48″ şm. e. 140°32′04″ ş. u.HGYO | |
Ölkə | Yaponiya |
Region | [[Kanto regionu]] |
Prefektura | [[İbaraki prefekturası]] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1 noyabr 1994 |
Sahəsi | 99,83 km² |
Saat qurşağı | UTC+9 |
Əhalisi | |
Əhalisi | 156,619 nəfər (2015) |
Sıxlığı | 1570 nəf./km² |
Milli tərkibi | yaponlar |
Rəsmi dili | yapon dili |
Digər | |
city.hitachinaka.ibaraki.jp (yap.) | |
Vikianbarda əlaqəli mediafayllar |
2015-ci ilin sentyabrının məlumatına görə şəhərin əhalisi 156,619 nəfərdir, hər km² ərazidə 1570 nəfər yaşayır. Şəhərin sahəsi 99,83 km²-dir. "Hiraqana şəhəri"dir, adı kanci ilə deyil, hiraqana hecaları ilə yazılmışdır.
1 aprel 1889-cu ildə bələdiyyə sisteminin işə düşməsindən sonra Nara qəzasının tərkibində Hirayso və Minato qəsəbələri, eləcə də, Katsuta kəndi yaradılmışdır. 1938-ci ildə Minato qəsəbəsinin adı dəyişdirilərək Nakaminato olmuşdur. 1940-cı ildə Katsuta kəndinə qəsəbə statusu verilmişdir. İkinci dünya müharibəsində bölgədə silah istehsal edən xeyli müəssisə yerləşdiyindən tez-tez hava bombardımanlarına məruz qalmışdır. 31 mart 1954-cü ildə Nakaminato və Hirayso qəsəbələri birləşdirilmiş və Nakaminato şəhəri yaradılmışdır. Həmin ilin 1 noyabrında Katsuta qəsəbəsinə şəhər statusu verilmişdir. 1 noyabr 1994-cü ildə bu iki şəhər birləşdirilərək indiki Hitaçinaka şəhəri yaradılmışdır.
Şəhər Yaponiyanın Honşu adasında, Kanto regionunun İbaraki prefekturasının mərkəzində yerləşir. Şərqdən Sakir okeana çıxışı var.
2015-ci ilin məlumatına görə şəhərin əhalisi nəfərdir, hər km² ərazidə nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi:[2]
|
Şəhər Hitachi şirkəti üçün şirkət şəhəri hesab olunur. Bundan əlavə, balıqçılıq, kənd təsərrüfatı və mövsümi turizm də şəhərin iqtisadiyyatında ikinci dərəcəli rol oynayır.
Hitaçinaka şəhərində 20 ibtidai məktəb, 9 orta məktəb və 5 lisey var. Bundan əlavə, şəhərdə bir texniki institut və bir xüsusi məktəb var.
Şəhərin simvolik ağacı ikidilim ginkqo, simvolik gülü hamaqiku, simvolik quşu Horornis diphone hesab olunur.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.