Hissəciklər fizikası
fizikanın qolu / From Wikipedia, the free encyclopedia
Hissəciklər fizikası- maddə və radiasiya meydana gətirən hissəciklərin təbiətini öyrənən fizikanın bir sahəsidir.
Maddə hissəcikləri normal şəraitdə müstəqil olaraq müşahidə edilə bilməz, çünki onların ömrü çox azdır. Bu məqsədlə yaradılan hissəcik sürətləndirici deyilən nəhəng qurğuları, yüksək elektrik sahəsi təsiri ilə sürətləndirilmiş hissəciklərin maqnit sahə təsiri ilə fokuslanaraq çarpıştırılması ilə ortaya çıxan fərqli hissəciklər araşdırıla bilən hala gətirilməyə çalışılır. Bu əməliyyatlar və toqquşmalar zamanı meydana gələn enerji miqdarı çox olduğu üçün hissəciklər fizikası da yüksək enerjili fizika adlanır. Zərrəcikləri və onların qarşılıqlı təsirini izah edən ən aktual nəzəriyyə Standart Model adlanır.