Hind-ari köçləri — hind-avropalıların tarixdən əvvəlki dövrdə Hindistanahipotetik köçləri. Nəzəriyyəyə görə, onlar Hindustanın şimal-qərbində (müasir Pakistan ərazisi) məskunlaşıbmış, sonra Hindistanın şimal hissəsinə yayılmışdılar. Arilərin Hindistana ilk köçlər ilə bağlı fərziyyələr əsasən linqvistik dəlillər,[1] eləcə də ilkin Hind-Avropa tayfalarının silahlarına xas olan qədim Hindistanda veda dini, ritualları, poeziyası, ictimai təşkilatı və döyüş arabalarının yayılmasının etnoqrafik təhlili əsasında formalaşmışdır. Eyni zamanda, 2000-ci illərdə aparılan bir sıra genetik tədqiqatların nəticələri göstərir ki, yeni gələn əhalinin Hindustan əhalisinin genofonduna verdiyi töhfə çox əhəmiyyətlidir. Odur ki, R1a1 haploqrupunun daşıyıcıları Hindistanın yuxarı kastalarında, məsələn, kşatriyalar və brahmanlarda 46%-ə çatır. Hindistan və Mərkəzi Asiya əhaliləri üçün bəzi Y-xromosom haploqruplarının ümumiliyi onların qədim qonşuluğu ilə (Şərqi Avropa R1a haploqrupu vəziyyətində), ya da buzlaq və buzlaqdan sonrakı dövrlərə aid Hind-ari köçlərindən çox daha qədim olması ilə izah olunur.[2][3][4][5][6]
Antik dövrdə Hindistana köç etmiş hind-arilər mənşəyi Tunc dövrü Sintaşta yaşayış məskəni və Xəzər dənizinin şərqindəki Andronovo arxeoloji mədəniyyəti ilə əlaqəli olan protohind-İran tayfalarının bir hissəsi idi. Köçlər dövrü Hindistanda Tunc dövrünün ortalarına, axırlarına və son Harrapan sivilizasiyasına (e.ə. 1700–1300) təsadüf edir.
Ari istilası nəzəriyyəsi — tarixdən əvvəlki Cənubi Asiyadatunc dövrü hind-ari miqrasiyalarının müzakirələrində istifadə edilən mübahisəli termin. Bu, adətən hind-ari dillərində danışanların təxminən e.ə. 1500-cü ildə qərbdən Hind vadisi ərazisini "istila etməsi" fikrinə istinad edir. Bu işğaldan sonra sanskrit dili və veda mədəniyyəti Hindistana yayılmışdır.
Bu xüsusi terminin nə vaxt və kim tərəfindən işləndiyi dəqiq məlum deyil, lakin bu, XIX əsrdə Avropada işlənmiş nəzəriyyələrdən irəli gəlir.[7] Polemik bir termin olaraq, hər biri əks nəzəriyyənin arxasında irqi, siyasi və ya müstəmləkə motivlərini irəli sürən "Yerli ari nəzəriyyəsi" ilə qarşı-qarşıya qoyulur.[8]
İstila modelinə ən çox dəstək XIX əsrin sonundan XX əsrin ortalarına qədər davam etmişdir. Bu dövrdə bəzi alimlər insan miqrasiyasının zorakı tərəflərini vurğulasa da, digərləri diffuzionizmi müdafiə edirdilər. Bu, həm də irqi nəzəriyyələrlə, xüsusən də istilaçıların açıq dərili olduqları və hakim kastalar kimi özlərini yerli hindlilərin üzərinə qoyduğu fikri ilə əlaqələndirilmişdir.[9]
İstilanın hərbi əməliyyatdan daha çox yavaş miqrasiyaya bənzədiyinə dair bir az fərqli fikir bəzən "ari köç nəzəriyyəsi" kimi istinad edilir, baxmayaraq ki, iki termin həmişə aydın şəkildə fərqlənmir. Güclü istilaçı ssenarilər, əksəriyyəti qeyri-hərbi miqrasiyanın baş verdiyinə inanan müasir alimlər tərəfindən geniş şəkildə rədd edilir. Modelin irqçi təsirlərinə görə, "ari istilası" ifadəsi indi tez-tez yalnız Hindistana hind-ari miqrasiyasının müasir nəzəriyyəsinin sələflərinə istinad etmək üçün istifadə olunur.
Sanghamitra Sahoo, Anamika Singh, G. Himabindu, Jheelam Banerjee, T. Sitalaximi, Sonali Gaikwad, R. Trivedi, Phillip Endicott, Toomas Kivisild, Mait Metspalu, Richard Villems, and V. K. Kashyap. A prehistory of Indian Y chromosomes: Evaluating demic diffusion scenarios // Proceedings of the National Academy of Sciences .4 (ingilis) (103). United States National Academy of Sciences. 2006. 843—848.
Peter A Underhill, Natalie M Myres, Siiri Rootsi, Mait Metspalu, Lev A Zhivotovsky, Roy J King,1 Alice A Lin, Cheryl-Emiliane T Chow, Ornella Semino, Vincenza Battaglia, Ildus Kutuev, Mari Järve, Gyaneshwer Chaubey, Qasim Ayub, Aisha Mohyuddin, S Qasim Mehdi, Sanghamitra Sengupta, Evgeny I Rogaev, Elza K Khusnutdinova, Andrey Pshenichnov, Oleg Balanovsky, Elena Balanovska, Nina Jeran, Dubravka Havas Augustin, Marian Baldovic, Rene J Herrera, Kumarasamy Thangaraj, Vijay Singh, Lalji Singh, Partha Majumder, Pavao Rudan, Dragan Primorac, Richard Villems, and Toomas Kivisild. Separating the post-Glacial coancestry of European and Asian Y chromosomes within haplogroup R1a // European Journal of Human Genetics(ingilis) (18). Macmillan Publishers. 2009. 479—484. doi:10.1038/ejhg.2009.194.
Горшунова О. В. До того как сказал Заратустра… Индоевропейская экспансия и религиозный кризис в Средней Азии в период поздней бронзы // Религия в XXI веке: Архаика и современность. Москва: Каллиграф, 2012. Сс. 119—137. — ISBN 978-5-903630-21-9.
Bryant, Edwin F.; Patton, Laurie L., redaktorlar The Indo-Aryan Controversy: Evidence and inference in Indian history, London: Routledge, 2005, ISBN0-7007-1463-4.
Cavalli-Sforza, Luigi Luca, Genes, Peoples, and Languages, New York: North Point Press, 2000.
Chakrabarti, D.K. The Early use of Iron In India. Dilip K. Chakrabarti.1992. New Delhi: The Oxford University Press.
Chakrabarti, D.K. 1977b. India and West Asia: An Alternative Approach. Man and Environment 1:25-38.
Dhavalikar, M. K. 1995, «Fire Altars or Fire Pits?», in Sri Nagabhinandanam, Ed V Shivananda and M. K. Visweswara, Bangalore.
Diakonoff, Igor M., "Two Recent Studies of Indo-Iranian Origins", Journal of the American Oriental Society[ing.], 115 (3), 1995, 473–477, doi:10.2307/606224.
Erdosy, George, redaktorThe Indo-Aryans of Ancient South Asia: Language, Material Culture and Ethnicity, Berlin/New York: Walter de Gruyter, 1995, ISBN3-11-014447-6.
Fortson, Benjamin W. IV, Indo-European Language and Culture: An Introduction, Oxford: Blackwell, 2004.
Kochhar, Rajesh. The Vedic People: Their History and Geography. Sangam Books. 2000.
Kuz'mina, E. E., Откуда пришли индоарии? (Whence came the Indo-Aryans), Moscow: Российская академия наук (Russian Academy of Sciences), 1994.
Lal, B.B., (1984) Frontiers of the Indus Civilization.1984.
Lal, B.B., (1998) New Light on the Indus Civilization, Aryan Books, Delhi 1998
Lal, B.B. 2005. The Homeland of the Aryans. Evidence of Rigvedic Flora and Fauna & Archaeology, New Delhi, Aryan Books International.
Lal, B.B. 2002. The Saraswati Flows on: the Continuity of Indian Culture. New Delhi: Aryan Books International
Mallory, J.P., In Search of the Indo-Europeans: Language, Archaeology, and Myth, London: Thames & Hudson, 1989.
Mallory, J. P.; Mair, Victor H., The Tarim Mummies: Ancient China and the Mystery of the Earliest Peoples from the West, London: Thames & Hudson, 2000.
Pargiter, F.E. [1922] 1979. Ancient Indian Historical Tradition. New Delhi: Cosmo.
Parpola, Asko, Aryan Languages, Archaeological Cultures, and Sinkiang: Where Did Proto-Iranian Come into Being and How Did It Spread? // Mair (redaktor), The Bronze Age and Early Iron Age Peoples of Eastern and Central Asia, Washington, D.C.: Institute for the Study of Man, 1998, ISBN978-0-941694-63-6
Parpola, Asko, Study of the Indus script // Transactions of the 50th International Conference of Eastern Studies, Tokyo: The Tôhô Gakkai, 2005, 28–66.
S. R. Rao. The Aryans in Indus Civilization. 1993
Sapir, Edward, Mandelbaum, David G. (redaktor), Selected Writings in Language, Culture, and Personality, University of California Press (1985 tarixində nəşr olunub), 1949.
Thomason, Sarah Grey; Kaufman, Terrence, Language Contact, Creolization, and Genetic Linguistics, University of California Press (1991 tarixində nəşr olunub), 1988, ISBN0-520-07893-4.
Tikkanen, Bertil, Archaeological-linguistic correlations in the formation of retroflex typologies and correlating areal features in South Asia // Blench, Roger; Spriggs, Matthew (redaktorlar ), Archaeology and Language, IV: Language Change and Cultural Transformation, London: Routledge, 1999, 138–148.
Witzel, Michael, Rama's realm: Indocentric rewritings of early South Asian archaeology and history // Fagan, Garrett G. (redaktor), Archaeological Fantasies: How Pseudoarchaeology Misrepresents the Past and Misleads the Public, London/New York: Routledge, 2006, 203–232, ISBN0-415-30592-6.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.