Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Quru Qoşunlarının komandanı From Wikipedia, the free encyclopedia
Hikmət İzzət oğlu Mirzəyev (29 fevral 1968, Puşkin) — Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki; Vətən Müharibəsi Qəhrəmanı; Müdafiə nazirinin müavini — Quru Qoşunların Komandanı (2024), Xüsusi Təyinatlı Qüvvələr Komandanı (2014–2024).
Hikmət Mirzəyev | |
---|---|
| |
Vəzifədədir | |
11 yanvar 2024-cü ildən | |
Prezident | İlham Əliyev |
Əvvəlki | Ənvər Əfəndiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Biləsuvar, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | hərbi lider[d] |
Hərbi xidmət | |
Mənsubiyyəti | Müdafiə Nazirliyi |
Qoşun növü |
Sovet Ordusu (1989—1991) Quru Qoşunları (1992—1998) Xüsusi Təyinatlı Qüvvələr (1999—2024) Quru Qoşunları (2024—) |
Döyüşlər |
• Qarabağ müharibəsi (1992—1994)
|
Rütbəsi |
General-polkovnik |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Puşkin (indiki Biləsuvar) şəhərində anadan olmuşdur.[1] 1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlamışdır. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib. 1997–1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb. 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə təyin olunub.[2]
Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi təyinatlı taborun üzvü olmuşdur.[3] 1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki o zaman Ağdam üçün böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə Mehman Səlimovun komandanlığı ilə aparılmış hücum əməliyyatı zamanı Hikmət Mirzəyev kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşmüşdür.[4]
O, Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşımışdır.[5] Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim etmişdir. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən general-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilmişdir.[6]
Bundan başqa, Hikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.
24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindən olmuşdur. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik etmişdir.[7]
2016-cı ilin Aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibətilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.
2024-cü il yanvarın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Quru Qoşunlarının komandanı təyin edilib.[1]
2024-cü il noyabrın 7-sində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-polkovnik rütbəsi alıb.[8]
Ailəlidir. İki övladı var.[9]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.