From Wikipedia, the free encyclopedia
Hicran Kamran qızı Hüseynov (13 avqust 1955, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (2006–2020), Azərbaycan Milli Məclisinin VI çağırış üzvü.
Hicran Hüseynova | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
6 fevral 2006 – 10 mart 2020 | |
Əvvəlki | Zəhra Quliyeva |
Sonrakı | Bahar Muradova |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 avqust 1955 (69 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Kamran Hüseynov |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Hicran Hüseynova 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1972–1977-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. 1985-ci ildə dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi dərəcəsi alıb. 2001-ci ildə "Azərbaycan Avropa inteqrasiya sistemində" mövzusunda dissertasiyanı müdafiə edib və siyasi elmlər üzrə doctor dərəsi alıb. 2007-ci ildə isə Azərbaycanın Prezidenti yanında Ali Atestasiya Komissiyası tərəfindən ona professor adı verilib.
Hicran Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edildi.[1]
2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 41 saylı Sumqayıt I dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Hicran Hüseynova, 32,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi.[2] 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Hicran Hüseynova, Milli Məclisin ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri oldu. Milli Məclisin deputatı səlahiyyətlərinin icrasına başlaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə azad edildi.[3]
2024-cü il oktyabrın 8-də Azərbaycan - Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[4]
Hicran Hüseynova ailəlidir, 2 övladı var. Onun atası — Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olan Kamran Hüseynovdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.