![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Human_headed_winged_bull_profile.jpg/640px-Human_headed_winged_bull_profile.jpg&w=640&q=50)
Hibrid varlıqlar (folklorda)
From Wikipedia, the free encyclopedia
Hibrid[1] / dimorf/ polimorf varlıqlar[2][3] — müxtəlif canlıların xüsusiyyətlərini görünüşlərində birləşdirən miflərin, nağılların, əfsanələrin personajlarıdır; antropomorf və zoomorf xüsusiyyətlərin birləşməsi halında onlara yarıinsan[4] deyilir. Demək olar ki, bütün qədim və ənənəvi mədəniyyətlərdə məlumdur. Polimorf obrazlarda, insan fantaziyası, gerçək heyvanların əsas xüsusiyyətlərini birləşdirərək, müxtəlif dərəcədə məşhur olan bir çox uydurma canlılar yaradıb. Bu cür canlıların yaşayış yeri olaraq çox vaxt sivilizasiyanın sonundakı əlçatmaz ərazilər - səhralar, dağların zirvələri, meşələr, dənizlər və s., eləcə də bu xalqın demək olar heç bir əlaqəsinin olmadığı uzaq ölkələr göstərilirdi.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Human_headed_winged_bull_profile.jpg/640px-Human_headed_winged_bull_profile.jpg)