Heydər məscidi
Bakı, Azərbaycan, Binəqədidə Heydər Əliyevin adını daşıyan məscid / From Wikipedia, the free encyclopedia
Heydər məscidi — Bakı şəhərinin Binəqədi rayonunda yerləşən, 2012–2014-cü illərdə Prezident İlham Əliyevin tapşırığı ilə tikilən məscid.[2]
İslam | |
Heydər məscidi | |
---|---|
Din | |
Başçısı | Hacı Sabir Həsənli |
Xeyir-duası | 2015 Allahşükür Paşazadə tərəfindən |
Statusu | Qafqaz Müsəlmanları İdarəsi |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yeri | Binəqədi rayonu |
Ünvanı | 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi[1] |
Memarlıq | |
İnşa tarixi | 2012 – 2014 |
Tikdirəni | İlham Əliyev |
Memarı | Ədalət Məmmədov |
Üslubu | Şirvan-Abşeron memarlığı |
Binası | 2 gümbəz və 4 minarə |
Minarələrin sayı | 4 |
Minarələrin hündürlüyü | 95 m |
Tutumu | 7000 |
Ümumi sahəsi | 12.000 m² |
Vəziyyəti | İşlək |
Vikianbarda əlaqəli mediafayllar |
Prezident İlham Əliyevin Sərəncamına əsasən 2012-ci ilin sentyabr ayında məscidin tikintisinə başlanılmışdır. 26 dekabr 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilən məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənmişdir. Məscid üzərində hündürlüyü 95 metr olan 4 minarə inşa olunmuşdur. 12.000 m² sahədə salınmış Heydər məscidinin daxili 4.200 m² sahəni əhatə edir. Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılmışdır.[2] Məsciddə eyni vaxtda 7000-ə yaxın insan ibadət edə bilir.[1]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 26 dekabr 2014-cü il tarixində Heydər məscidinin açılışında iştirak etmişdir.[1]