From Wikipedia, the free encyclopedia
Mexaniki kalkulyator və ya hesablama maşını, hesabın elementar avtomatik əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilən mexaniki qurğudur. Əksər mexaniki kalkulyatorlar kiçik stolüstü kompüterlərə ölçüdə oxşar idi və elektron kalkulyatorun gəlməsi ilə öz yerini onlara vermişdir.
Blez Paskal 1642-ci ildə mexaniki kalkulyatoru icad etdi.Bu Paskal Kalkulyatoru və ya Pascaline adlandırıldı və 17-ci əsrdə yeganə mexaniki kalkulyator idi . Yüz il sonra 1851-ci ildə istehsal etdilən Thomas hesablayıcısı yeni hesablama qurğusu oldu.Bu ofis mühitində hər gün istifadə edilən kifayət qədər güclü və kifayət qədər etibarlı birinci mexaniki kalkulyator idi.
1887-ci ildə təqdim edilən hesablayıcı maşın hər rəqəm üçün doqquz açarın (1-dən 9-a) birliyindən ibarət olmuş klaviaturadan istifadə edən birinci maşın idi. 1902-dən istehsal edilən Dalton hesablayıcı maşını 10 aparıcı klaviaturaya malik idi.1901-ci ildən mexaniki kalkulyatorlarda elektrik mühərrikindən istifadə olundu. Mexaniki kalkulyatorların 120 il ərzində davam etmiş istehsalatı 1970-ci illərin ortalarında dayandırıldı.
Çarlz Babbage mexaniki kalkulyatorları həddindən artıq dəyişdirərək iki yeni növünü layihələşdirdi . Birincisi avtomatik mexaniki kalkulyator idi, onun fərq mühərriki avtomatik hesablaya və riyazi cədvəlləri çap edə bilirdi. İkinci daha sadə modeli proqramlaşdırıla bilən mexaniki kalkulyator idi. Onun analitik mühərriki Babbage 1834-cü ildə layihələşdirməyə başladığı mühərrik idi.
Riyazi hesablamalarda vaxta qənaət etmək və insan səhvlərinin aradan qaldırılması arzusu yəqin ki, hesab elminin özü kimi qədim arzulardandır. Bu arzu müxtəlif hezsablama üsullarının dizaynı və yaradılmasına gətirib çıxarmışdı, əvvəlcə çay daşları kimi kiçik obyektlər qrupu ilə , sonra idarə lövhələri üzərində sayğaclarla hesablamalar aparılmışdı.Bu alət yəqin ki Hindistanda Semidit yarışçıları tərəfindən ixtira olunmuşdur ki, bu da Avropandan Çin və Yaponiyaya kimi böyük bir ərazidə yayılmışdır. Sonralar John Napier 1617-ci ildə özünün sayma çubuqlarını hazırladı.Daha sonralar bu hesablama alətinin müxtəlif növləri çıxdı. Yalnız 1642-ci ildə Blaise Pascal bu gün də istifadə olunan ilk mexaniki hesablayıcı maşın hazırladı. 1937-ci ildə İBM-ə Hovard Aiken Avtomatik hesablama maşınını təqdim etdi
Blaise Pascal 1642-ci ildə mexaniki kalkulaytoru ixtira etdi.3 il səydən və 50 təcrübədən sonra o öz kalkuyatorunu ictimaiyyətə təqdim etdi.O növbəti on il ərzində bu maşınlardan 20 ədəd hazırladı.Bu maşın bilavasitə iki ədədi toplaya və çıxa, o cümlədən təkrar bölə bilirdi.Bu maşın dəfələrlə özünü sübut etdi.Paskal, hesablama maşınını üç yüz il əvvəl 19 yaşında olarkən yaratmışdı. O mexaniki iş görmək ideyasını düşündü və bu məqsədlə layihə yaratdı.
1672 – ci ildə Gottfried Leibniz Paskal kalkulyatorunda birbaşa vurmanı əlavə etmək üzərində işləməyə başladı.Buna baxmayaraq o paskal maşının üzərində bunu həyata keçirə bilmədi. O tamamilə yeni hesablama maşını yaratdı ki, bu da Stepped Rockoner adlandırıldı.Hərfi tərcümədə Addımlı hesablayıcı kimi tərcümə olunur. O Leybnis təkərlərindən (Leibnez wheels ) istifadə etdi. Leibnez 1694 və 1706-cı illərdə iki addımlı hesablama maşını yaratdı.Yalnız 1694-cü ildə yaradılan maşın 250 il Göttingen universitetinin çardağında qaldıqdan sonra 19-cu əsrdə yenidən tapılaraq düzəldildi.
Schickard, Pascal və Leibniz 17-ci əsrdə saat mexanizmi qaydasından ilhamlandılar.Lakin sadə düşünülmüş çarxlar bu məqsəd üçün kifayət deyildi. Schickard keçiriləcək daşıma üçün bir dişli "Xarab Ötürücü" –nün istifadəsini təqdim etdi.Paskal isə onu daha da yaxşılaşdırmışdır.
Hesablayıcı maşın üçün saat prinsipi 17-ci əsrin texnoloji imkanları ilə, əlavə yenilik olmadan tam səmərəli hesablayıcı maşın yaratmaq mümkün deyildi.Çünki daşıma akkumulyator boyunca bir neçə yerə ötürüləndə mexanizmin işi pozula bilərdi.17-ci əsr hesablayıcı saatlarından bu günə qədər gəlib çatan olmayıb, ona görə də onları tam səmərəli mexanizmlər adlandırmaq olmaz.Daha müvəffəqiyyətli hesablama maşını 18-ci əsrdə İtalyan Giovanni Poleni tərəfindən yaradılmışdı və bu iki hərəkətli hesablanma saatı idi.
1623-cü ildə Almaniyalı Astronomiya professoru Wilhelm Schickard Johannes Keplerə göndərdiyi iki məktubunda hesablama saatlarının layihəsini işləyib hazırlamışdı.Peşəkarlar tərəfindən inşa ediləcək ilk maşın onun inşası zamanı dağıdılıb və 1624-cü ildə Schickard bu layihəni tərk etdi.Bu təsvirlər 1718-ci ildən Michael Hanschın yazdığı “Keplerin məktubları” kitabından başlayaraq əsrlər boyu müxtəlif əsərlərdə çap olundu.1960-cı ildə ilk dəqiq surətin qurulması göstərdi ki, Schickardın maşını bitməmiş layihəyə malikdi və onun işləməsi üçün təkərlər və yaylar əlavə olunmalıdır.Bu surətlərin istifadəsi vahid diş ötürücünün bir hesablama saatından istifadə edərkən tələblərə cavab verməyən mexanizm olduğunu göstərdi.
1643-cü il ərzində Rouendən olan Fransız saatsazı Paskalın işini eşitdikdən sonra özünün hesablama saatını layihələşdirməyə başladı.
1659-ci ildə İtalyan Tito Livio Burattini doqquz müstəqil təkər ilə və hər bir təkər də kiçik daşıma təkəri ilə qoşalaşmış bir maşın inşa etdi.
1666-ci ildə Samuel Morland pulların məbləğini əlavə etmək üçün nəzərdə tutulmuş bir maşın icad etdi. Bu Burattini maşını ilə çox oxşar idi. Morland də Napier çubuqları əsasında maşın yaratmışdır.
18-ci əsrdə avtomatik vurmanı yerinə yetirən ilk mexaniki kalkulyator yarandı.Bu maşın 1709-cı ildə Giovanni Poleni tərəfindən layihələşdirilmiş və qurulmuşdu.O ağacdan hazırlanmışdı və o dövrdə ən uğurlu hesablama maşını hesab olunurdu.Bu əsrdə yaradılan bütün maşınlar üçün bölmə əməlini həyata keçirmək üçün əlavə operator tələb olunurdu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.