From Wikipedia, the free encyclopedia
Hermiya və Lisandr (ing. Hermia and Lysander) — Britaniyalı illüstrator və miniatür portret rəssamı Con Simmons tərəfindən akvarel təsvir texnikası ilə 1870-ci ildə çəkilmiş rəsmdir. Uilyam Şekspirin komediya tamaşası olan "Yay gecəsində yuxu"nun ikinci səhnəsinin ikinci hissəsindəki səhnəyə əsaslanır. Uzunluğu 89 santimetr, eni 74 santimetrdir.[1]
IX əsrdə "Yay gecəsində yuxu"nun səhnələrinə əsaslananlar daxil olmaqla pərilərin rəsmlərinin bir çoxunun artan populyarlığı var idi və Simmons bu janrda bir neçə əsərlər yaratmışdı.[2] I Viktoriya dövrü incəsənəti üzrə ekspert Xristofer Vuda görə [3] Simmonsun pəri rəsmlərinə daxil olan detallar "təəccübləndirici bir dəqiqliklə icra edilmişdir"[4] və şüşə səthində çəkilmiş təəssüratı verir.[4] Simmonsun pəri təsvirlərinin çoxu çılpaq dişilərdir və Vud onları "I Viktoriya dövrünün dovşan qızları" hesab edir.[5]
Quaş istifadə edilən akvarel texnikası ilə çəkilmiş [6] rəsm Hermiyanı sevgilisi Lisandr ilə itdikləri tilsimlənmiş meşədə göstərir.[1] Cütlük pərilər tərəfindən əhatə edilib; bəziləri öz zərif qanadlarını istifadə edərək uçarkən təsvir edilmişdir, başqaları isə siçanlara bağlanmış arabalarda gedir.[1] Cütlük yorğun və yollarını itirmişdir, onlar ətrafdakı heyvan və pəri kütləsindən xəbərsizdir. [1] Lisandr oturub və bir əli ilə Hermiyanın barmaqlarına toxunarkən digər əli ilə də yumşaq meşə torfunu yoxlayır. Bu, "Yay gecəsində yuxu"nun nağılında onun qıza bunları deyərək dəvət etdiyi yerdir:[1]
One turf shall serve as pillow for us both;
One heart, one bed, two bosoms and one troth. |
Rəsm 2012-ci ilin mayında Nyu-Yorkda Sotbis tərəfindən auksiona çıxarılanda 42470 funt-sterlinq satış qiyməti əldə etdi və bu, Con Simmons tərəfindən edilən rəsmlər üçün rekord qiymət idi.[7] Rəsm 19 iyun 1984-cü ildə Sotbis tərəfindən Londonda və 10 il sonra - 25 may 1994-cü ildə Nyu-Yorkda auksiona çıxarılmışdı və burda o, səhvən Culius Simmonsa aid rəsm kimi göstərilmişdi.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.