Hermetizm
From Wikipedia, the free encyclopedia
Hermetizm — ellinizm dövründə yaranmış və yayılmış mistik dini-fəlsəfi təlim. Neoplatonizm cərəyanı olmasa da, onun yaranmasına təkan verən təlimlərdən biri idi. Bir çox yeni-platonçu filosofların astrologiya, mistika, teurgiya(tanrıların rəğbətini qazanmaq üçün onların iradəsinə təsir etmək sənətidir), cadugərliyə meylləri də Hermetizmdən qaynaqlanırdı.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/98/HermesTrismegistusCauc.jpg/200px-HermesTrismegistusCauc.jpg)