Havay adaları
From Wikipedia, the free encyclopedia
Havay adaları (ing. Hawaiian Islands, həmçinin Sendviç adaları adı ilə tanınır) – 24 adadan və atolldan, eyni zamanda Sakit okeanın şimalında (19°-29° şimal enliklərində) yerləşən çox sayda xırda adalardan ibarət arxipelaq. Vulkanik mənşəlidir. Arxipelaq öz adını ən böyük adası olan Havayinin adından almışdır.
Havay adaları | |
---|---|
ing. Hawaiian Islands | |
Ümumi məlumatlar | |
Ən böyük adası | Havay adası |
Ümumi sahəsi | 28311 km² |
Hündür nöqtəsi | 4207 m |
Əhalisi | 1.211.537 nəfər (2000-ci il) |
Yerləşməsi | |
21°18′41″ şm. e. 157°47′47″ q. u. | |
Ölkə | ABŞ |
Region |
|
Akvatoriya | |
Vikianbarda əlaqəli mediafayllar |
Adaların böyük hissəsi ABŞ-nin 50-ci ştatını təşkil edir. Paytaxtı Honolulu şəhəridir. Honolulu həmçinin adanın ən böyük şəhəridir. Adalar 3600 km məsafəni əhatə edir. Adalar tropik siklonun təsiri altındadır və may ayından oktyabradək daha çox yağıntı müşahidə olunur. Amma günəşli saatlar bu yağışları hiss etdirmir. Ada dünyanın ən küləkli yerlərindən biri sayılsa da, havanın temperaturu yayda +24–31, qışda isə +18–21 dərəcə arası dəyişir. Adada pul vahidi ABŞ dollarıdır.