From Wikipedia, the free encyclopedia
Hatt-River Knyazlığı (ing. Principality of Hutt River) — 21 aprel 1970-ci ildə Leonard Corc Kasli adlı fermer tərəfindən Avstraliyada 75 km2 sahədə, yaradılan virtual dövlət.
Hatt-River | |||||
---|---|---|---|---|---|
Principality of Hutt River | |||||
| |||||
Mən nəfəs aldıqca ümid edirəm. | |||||
Himn: "Bura gərgin diyardır" |
|||||
Tarixi | |||||
• Müstəqillik | 21 aprel 1970 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Nain | ||||
İdarəetmə forması | monarxiya | ||||
Şahzadə | I Leonard | ||||
Sahəsi | |||||
• Ümumi | 75 km² | ||||
Əhalisi | |||||
• Əhali | 30 nəfər | ||||
Saat qurşaqları | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Qərbi Avstraliyada, Pert şəhərinin 517 km şimalında yerləşən bu dövlətin sahəsi Honq Konq qədərdir. Knyazlığın yaxınlığında Kalbarri Milli Parkı yerləşir. Paytaxtı və yeganə şəhəri Naindir.[1]
Qərbi Avstraliya əyalət hökumətinin 1970-ci ildə çıxardığı qərara görə 4.000 hektar ərazisi olsa da, 40 hektarlık bir sahədə vergi vermədən əkinçiliklə məşğul ola biləcək Leonard Kasli adlı fermer endirim üçün əyalətə müraciət etdi. Rədd cavabı aldıqda kraliçaya sadiq qalmaq şərti ilə ölkədən ayrılmaq və yeni dövlət yaratmaq qanunu göstərərək tarlasının Avstraliyadan müstəqilliyini elan etdi və ailəsi tərəfindən ölkənin lideri seçildi. Ölkəsini Hatt-River Vilayəti Knyazlığı adlandırdı. Millətlər Birliyi tərəfindən toxunmazlıq əldə edən Kasli 1971-ci ildə özünü I Leonard adlandırdı. Həyat yoldaşı Şirli (ö. 7 iyul 2013) isə Şahzadə Şirli titulu aldı. Qərbi Avstraliya və Avstraliya tərəfindən hələ də tanınmasa da, Avstraliya hökumətinə vergi ödəmir və öz pullarını buraxır.
Hətta 2 dekabr 1977-ci ildə poçt xidmətini dayandırdığına görə Avstraliyaya müharibə elan etmişdir. Burada 24 evdə 30 nəfər yaşasa da, dünyada 14.000-dən çox vətəndaşı vardır.[2]
2006-cı ilin sentyabrında ölkənin adındakı "Vilayət" kəlməsi çıxarıldı.[3]
Ölkənin əsas gəlir mənbəyi əkinçilik və turizmdir. Buna baxmayaraq ölkədə otel yoxdur.
Pul vahidi Hatt-River dollarıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.