Tövratda Musanın qardaşı Harunun daşıdığı çubuq From Wikipedia, the free encyclopedia
Harunun çubuğu — Tövratda Musanın qardaşı Harunun daşıdığı çubuq.
Harunun çubuğu | |
Sahibi | Harun |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Harun Musanın böyük qardaşıdır, Levi qəbiləsinin nümayəndəsi kimi ona xüsusi vəzifələr verilmişdi. O, İsrail övladlarının səhrada səyahəti zamanı onların baş kahini kimi fəaliyyət göstərmişdir. Yəhudilərin kahinliyi Harundan sonra onun oğullarına tapşırılmışdı. Onun kahin paltarları şər ruhları öz zəngləri ilə qov qızılı fəqərələrlə bəzədilmişdi. Əlində buxurdan və çubuq tutmuşdi. Rəvayətə görə, İsrailin 12 qəbiləsi arasında birincilik uğrunda mübahisədə onların hər birinin başçısı özü ilə çubuq gətirirdi. Ertəsi gün məlum olmuşdu ki, Harunun gətirdiyi Levi qəbiləsinin çubuğu badam ağacına çevrilmişdi. Döllənməmiş meyvələr əfsanəsi orta əsrlərdə badamın bakirə təmizliyin simvolu kimi qəbul edilməsinə səbəb olmuşdur. Harun çubuğunun əfsanəsi Məryəmin əli üçün iddiaçılar arasından Yusifin seçilməsi hekayəsi üçün bir prototip rolunu oynamışdı. Harunun çubuğunun başqa möcüzəvi gücləri də var idi. Məsələn, bu çubuq başqa ilanları yeyərək ilana çevrilə bilərdi. Müasir okkultistlər bu mifologiyanın simvolizmini insanda yatmış Kundalinin ilan enerjisinin oyanması kimi şərh edirlər.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.