Harri Potter və Sirlər Otağı
From Wikipedia, the free encyclopedia
Harri Potter və Sirlər Otağı (ing. Harry Potter and the Chamber of Secrets) - Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan ikinci romandır. Romanın məzmununda Harrinin Hoqvartsda ikinci tədris ili təsvir edilir, məktəbin divarlarına yazılan mesajlar “Sirlər otağı”nın açılmasından xəbər verir, məlum olur ki, “Slizerinin varisi” yarımqan və maql ("Slizerin"lilərin və Ölüm Yeyənlərin çirkliqan adlandırdığı insanlar) olan bütün tələbələri öldürə bilər. Bu təhdid tezliklə qəsrdə qarışıqlığa səbəb olur, bir neçə tələbə daşlaşmış şəkildə (“daş kimi donmuş”) xəstəxana qanadına yerləşdirilir. İl ərzində Harri və onun dostları Ron Uizli və Hermiona Qreyncer hücumları araşdırır və günahkarı tapmağa çalışırlar.
Bu məqalə Harri Potter və Sirlər Otağı romanı haqqındadır. Eyniadlı film haqqında məqalə üçün Harri Potter və Sirlər Otağı (film, 2002) səhifəsinə baxın. |
Harry Potter and the Chamber of Secrets | |
Müəllif | Coan Roulinq |
Janr | Roman |
Orijinalın dili | ingiliscə |
Ölkə | |
Orijinalın nəşr ili |
2 iyul, 1998 (BK) 2 iyun 1999 (ABŞ) |
Tərcüməçi | Kifayət Haqverdiyeva |
Rəssam |
Klif Rayt (BK) Meri QrandPri (ABŞ) |
Seriya | Harri Potter |
Nəşriyyat |
Bloomsbury Scholastic Raincoast Росмэн-Издат Qanun nəşriyyatı |
Səhifə |
251 (BK) 341 (ABŞ) 473 (Rusiya) 346 (Azərbaycan) |
Əvvəlki | Harri Potter və Fəlsəfə Daşı |
Sonrakı | Harri Potter və Azkaban Məhbusu |
ISBN | ISBN 5-353-00309-8 |
Roman Birləşmiş Krallıqda 2 iyul 1998-ci ildə “Bloomsbury” tərəfindən, ABŞ-də isə 2 iyun 1999-cu ildə “Scholastic Inc.” tərəfindən nəşr edilmişdir. Roulinq kitabı tamamlamağa çətinlik çəksə də, əsər tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş və çoxlu mükafatlara layiq görülmüşdür, gənc oxuyucular, kitab sənayesi işçiləri və bəzi tənqidçilər romanın azyaşlı uşaqlar üçün çox qorxulu olduğunu qeyd etmişlər. Harri Potter romanlar seriyasından olan digər əsərlər kimi, “Harri Potter və Sirlər otağı” romanı da dini müzakirələrə səbəb olmuşdur; bəzi dindar cəmiyyətlər romanda magiya mövzularının istifadəsini tənqid etsələr də, başqaları məqsədinə doğru gedən yolda insanın özünü qurban etməsi fikrinin aşılanmasını təqdir etmişlər.
Bəzi şərhçilər şəxsi identikliyin kitabın ən güclü mövzularından biri olduğunu və bunun qeyri-magik, qeyri-insani və canlı olmayan personajlar vasiyəsiylə rasizmə yönləndiyini qeyd edirlər. Bəzi şərhçilər isə romandakı gündəliyi mənbələrdən məlumatların tənqidsiz qəbul edilməsinə qarşı müəllifin mövqeyini göstərdiyini bildirmişlər. İnstitusional hakimiyyət özünə xidmət edən və səriştəsiz kimi təsvir olunur. Roman həm də romanlar seriyasından olan sonuncu roman olan “Harri Potter və Ölüm Hədiyyələri” romanı ilə əlaqəlidir.
Romanın film adaptasiyası 2002-ci ildə çıxarılmış və 600 milyon ABŞ dolları gəlirlə filmlər seriyasının üçüncü ən çox gəlir gətirən filmi olmuş[1], həmçinin tənqidçilər tərəfindən müsbət qarşılanmışdır. “Harri Potter və Sirlər Otağı” əsasında müxtəlif platformalar üçün oyunlar da hazırlanmış və bu oyunlar əsasən müsbət rəylər almışdır.