Harri Potter və Alov Qədəhi (roman)
From Wikipedia, the free encyclopedia
Harri Potter və Alov Qədəhi (ing. Harry Potter and the Goblet of Fire) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan dördüncü romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Cadugərlik məktəbi Hoqvartsda dördüncü ili və sirli şəkildə "Üç Sehrbaz Turniri"nə qatılması təsvir olunur.
Bu məqalə "Harri Potter və Alov Qədəhi" romanı haqqındadır. Eyniadlı film haqqında məqalə üçün Harri Potter və Alov Qədəhi (film, 2005) səhifəsinə baxın. |
Harri Potter və Alov Qədəhi | |
---|---|
Harry Potter and the Goblet of Fire | |
Müəllif | Coan Roulinq |
Janr | Roman |
Orijinalın dili | ingiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 8 iyul, 2000 |
Tərcüməçi | Gülmira Fətullayeva |
Rəssam |
Gilis Grinfild (BB) Meri QrandPri (ABŞ) |
Seriya | Harri Potter |
Nəşriyyat |
Bloomsbury Scholastic Raincoast Росмэн-Издат Qanun |
Səhifə |
636 (BB) 734 (ABŞ) 667 (Rusiya) |
Növ | fentezi |
Əvvəlki | Harri Potter və Azbakan Məhbusu |
Sonrakı | Harri Potter və Simurq Ordeni |
ISBN | ISBN 0-7475-4624-X |
Kitab Böyük Britaniyada "Bloomsbury", ABŞ-də isə "Scholastic" nəşriyyatı tərəfindən 8 iyul 2000-ci ildə nəşr olunmuşdur. Bu roman Harri Potter seriyasından olan əsərlər arasında hər iki ölkədə də eyni vaxtda çıxarılmış ilk kitabdır. Əsər Harri Potter romanları arasında Hüqo mükafatına layiq görülmüş yeganə kitabdır. 18 noyabr 2005-ci ildə, roman əsasında çəkilmiş film və "Electronic Arts" tərəfindən hazırlanmış videooyun təqdim edilmişdir.