Hamburger düyməsi
From Wikipedia, the free encyclopedia
Hamburger düyməsi — adətən, qrafik istifadəçi interfeysinin yuxarı küncündə yerləşdirilən, hamburgerlə oxşarlığına görə belə adlandırılan düymə.[1] Onun funksiyası menyunu (bəzən hamburger menyusu kimi də adlandırılır) və ya naviqasiya çubuğunu düymənin arxasına yığmaq və ya ekranda göstərmək arasında dəyişdirməkdir. Üç üfüqi çubuqdan ibarət olan bu vidcetlə əlaqəli olan ikon da "yığılmış menyu ikonu" kimi tanınır.