Azərbaycan Respublikasının xalq artisti From Wikipedia, the free encyclopedia
Hacı İsmayılov (tam adı: İsmayılov Hacı Məcid oğlu; 22 yanvar 1944, Bakı) — Azərbaycan teatr və kino aktyoru,[3] Azərbaycanın xalq artisti (2000),[4] Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini(2014)[5] və İttifaqın sədr vəzifələrini müvəqqəti icra edən(2023), Teatr Xadimləri İttifaqının sədri.[6]
Hacı İsmayılov | |
---|---|
| |
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri | |
Vəzifədədir | |
22 iyul 2024-cü ildən | |
Əvvəlki | Azər Paşa Nemətov |
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədr vəzifələrini müvəqqəti icra edən | |
9 aprel 2023 – 22 iyul 2024 | |
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin yaradıcılıq üzrə sədr müavini | |
2014 – 22 iyul 2024 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 yanvar 1944 (80 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | aktyor |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hacı İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A. Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C. Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H. Cavidin "Xəyyam" faciəsindəki İkinci Qulam rolunu alıb.
"Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.[7]
17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 18 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb. 21 yanvar 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[8]
Yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur.
2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinidir.[9]
Ailəlidir, iki övladı və üç nəvəsi var.[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.