![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c2/Hamza_Ali_Al-Khateeb.gif/640px-Hamza_Ali_Al-Khateeb.gif&w=640&q=50)
Həmzə Əli əl-Hatibin ölümü
From Wikipedia, the free encyclopedia
Həmzə Əli əl-Hatib (ərəb. حمزة علي الخطيب; 24 oktyabr 1997 – 25 may 2011, Dəra) 13 yaşında olarkən Dərada Suriya vətəndaş üsyanlarında Suriya hökumətinin nəzarəti altında həyatını itirən suriyalı uşaq.[1] 29 aprel 2011-ci ildə nümayiş zamanı tutulan Həmzə Əli əl-Hatibin ağır dərəcədə qançır, yanıq izləri olan, üç güllə izi tapılan, cinsi orqanları parçalanmış cəsədi 25 may 2011-ci ildə ailəsinə təhvil verildi. Həmzənin ailəsi cəsədin foto və videolarını jurnalistlərə və fəallara payladıqdan sonra görüntülərdən təsirlənən minlərlə insan internetdə və küçə nümayişlərində ailəni dəstəklədiklərini bildirdilər.