From Wikipedia, the free encyclopedia
Həmid Alimcan(özb. Hamid Olimjon, 12 dekabr 1909, Cizak, Rusiya Türkistanı general-qubernatorluğu – 3 iyul 1944, Daşkənd) — Özbək şairi, dramaturqu, tənqidçisi. Müasir özbək ədəbiyyatının yaradıcılarından.
Həmid Alimcan | |
---|---|
özb. Hamid Olimjon | |
Doğum tarixi | 12 dekabr 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyul 1944 (35 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Milliyyəti | özbək |
Həyat yoldaşı | |
Fəaliyyəti | şair, dramaturq, ədəbiyyat tənqidçisi, tərcüməçi |
Fəaliyyət illəri | 1928-ci ildən |
Əsərlərinin dili | rus dili, Özbək dili |
Mükafatları |
Həmid Alimcan 1909-cu ildə Cizzax şəhərində anadan olmuşdur. Həmid Alimcan ilk təhsilini başa vurduqdan sonra Səmərqənd şəhərinə yola düşmüşdür. O, Səmərqənd pedaqoji məktəbində təhsilini davam etdirmiş və 1928-ci ildə buranı müvəffəqiyyətlə bitirmişdir. H.Alimcan 1928-1930-cu illərdə Səmərqənd Pedaqoji Akademiyasının ictimai elmlər bölməsində təhsil almışdır. Özbək ədəbiyyatının tanınmış şəxsiyyətlərindən olan Uyğun, Aydın, Mirtemir, Cəlal Əkrəmi burada olduğundan H.Alimcan onlarla tanış olmuş və yaxınlıq etmişdir. Ümumiyyətlə, akademiyada mövcud olan elmi-ədəbi mühit onun bir şəx siyyət və sənətkar kimi formalaşmasında mühüm rol oynamışdır.[1]
H.Alimcan ilk şeirini tələbəlik illərində yazmışdır. Şairin bu dövrdə yazdığı şeirlər kitab halında 1929-cu ildə çapdan çıxmışdır. O, 1930-cu ildə pedaqoji akademiyanı bitirmiş, ilk əvvəllər qəzet və jurnallarda çalışmışdır. Bir qədər sonra isə elmi-tədqiqat institutunda işləmiş, ədəbiyyatın nəzəri məsələlərinə dair tədqiqatlar aparmışdır. Nəvai və Muqumi kimi sənətkarların yaradıcılığını tədqiq edən sanballı əsərlər yazmışdır.
H.Alimcanın bədii yaradıcılığında milli hisslərin эüclü olması, istər-istəməz onun bir sənətkar olaraq müəyyən məhdudiyyətlər ilə üzləşməsinə эətirib çıxarmışdır. Belə ki, 30-cu illərin ortalarından başla ya raq o, millətçi və burjua ideoloэiyasının təbliğatçısı kimi təqib üzvlüyündən kənarlaşdırılmışdır. H.Alimcan qısa müddətdən sonra yenidən birliyə üzv qəbul olunmuş, özünün elmi və bədii yaradıcılığını davam etdirmişdir. O, 1939-cu ildə Özbəkistan Yazıçılar Birliyinə sədr təyin olunmuşdur.[2]
Hələ sağlığında onun əməyinə yüksək qiymət verilmişdir. 1939-cu ildə o, Şöhrət ordeni ilə mükafatlandırılmış, 1943-cü ildə isə Özbəkistan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Həmid Alimcan 1944-cü ildə vəfat etmişdir. O, qısa, lakin şərəfli bir ömür yaşamışdır. Hazırda Özbəkistanın bir çox küçə, meydan, institut, orta məktəb, metro və s. yerləri onun adını daşıyır. 1979-1984-cü ildə ədibin seçilmiş əsərlərinin 10 cildliyi çapdan çıxmışdır.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.