![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/54/Citadel_of_Aleppo.jpg/640px-Citadel_of_Aleppo.jpg&w=640&q=50)
Hələb qalası
From Wikipedia, the free encyclopedia
Hələb qalası (ərəb. قلعة حلب) — Suriyanın Hələb şəhərində, möhkəmləndirilmiş böyük orta əsr sarayı. Dünyanın ən qədim və ən böyük qalalarından biri sayılır. Qala təpəsinin istifadəsi e.ə.3000-cü illərə əsaslanır. Sonradan Yunan, Bizans, Əyyubi, Məmlük və Osmanlı mədəniyyətləri tərəfindən zəbt edilmişdir. Tikilinin çoxu Əyyubi dövrünə əsaslandığı güman edilir. 2000-ci illərdə Aga Khan Trust for Culture ilə Aleppo Archeological Society tərəfindən hərtərəfli bərpa işi aparılmışdır. Şəhərə hakim olan qala, 1986-cı ildən YUNESKO-nun Dünya İrs Siyahısındadır[1].
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/54/Citadel_of_Aleppo.jpg/640px-Citadel_of_Aleppo.jpg)