Həbib Rəhim oğlu Həsənov (5 avqust 1922, Ağzıbir, Yeni Bəyazid qəzası2004, Bakı) — Azərbaycan və Ermənistan dövlət-partiya xadimi, Azərbaycan SSR meşə təsərrüfatı naziri (1981–1988), Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibi (1974–1980), Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibi (1956–1960), Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan SSR əməkdar jurnalisti (1971).[1]

Cəld faktlar Azərbaycan SSR meşə təsərrüfatı naziri, Əvvəlki ...
Həbib Həsənov
Thumb
bayraq
Azərbaycan SSR meşə təsərrüfatı naziri
bayraq2
16 yanvar 1981 1 sentyabr 1988
Əvvəlkiözü (komitə nazirliyə çevrilib)
Sonrakınazirlik ləğv edilib
bayraq
Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri
bayraq2
27 mart 1980 16 yanvar 1981
ƏvvəlkiMehdi Mustafayev
Sonrakıözü (komitə nazirliyə çevrilib)
bayraq
Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibi
bayraq2
1974 mart 1980
SonrakıHeybət Tahirov
bayraq
Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini
bayraq2
1956 1960
ƏvvəlkiAleksan Kirakosyan
SonrakıHüseyn Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 5 avqust 1922(1922-08-05)
Doğum yeri
Vəfat tarixi 2004
Vəfat yeri
Partiya
Fəaliyyəti dövlət xadimi

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Ermənistan SSR əməkdar jurnalisti
Bağla

Həyatı

Həbib Rəhimoğlu 1922-ci ilin avqustun 5-də Ermənistan SSR Yeni Bəyazid qəzasının Ağzıbir kəndində anadan olmuşdur.

1941-ci ildən Əzizbəyov rayonunda kənd məktəbinin müəllimi, sonralar isə direktoru işləmişdir.

1947-ci ildən Moskvada Ali Partiya Məktəbinin müdavimi, Ermənistanın Əzizbəyov rayonu partiya komitəsinin şöbə müdiri, Eçmiadzin partiya komitəsinin ikinci katibi, Amasiya rayonunun birinci katibi vəzifələrində işləmişdir.

1960-cı ildən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur.

1974-cü ildən Azərbaycnın Tovuz rayonu partiya komitəsinin birinci katibi, 1980-ci ildən Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri, 1981–1988-ci illərdə meşə təsərrüfatı naziri vəzifələrində çalışmışdır.

Dəfələrlə Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü, 5 dəfə Ermənistan SSR Ali Sovetinin, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Azərbaycanda çalışdığı bütün müddətdə respublika Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.

Ermənistan SSR əməkdar jurnalistidir.[2]

"Lenin" ordeninə, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeninə, bir neçə medala layiq görülmüşdür.

Yaradıcılığı

H. Həsənov 1997-ci ildə nəşr olunmuş "Silinməz adlar, sağalmaz yaralar" adlı kitabın müəllifidir. Yeni tarixi faktlarla zəngin olan bu əsərdə qədim Oğuz diyarının – Qərbi Azərbaycanın — İrəvan xanlığında (sonrada İrəvan quberniyası, Ermənistan SSR adlandırılan diyarda) son 200 ildən artıq bir dövrdə ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələrdən, deportasiyadan, soyqırımından, xalqımızın tarixinə edilən təcavüzdən söhbət açılır. İlk dəfə olaraq bu kitabda Ermənistan ərəzisində olan və yer üzündən adları silinmiş 650 azərbaycan kəndlərinin və rayonlarının təsnifatı verilmiş, bu ərazilərin qədimdən rəsmi adları tarixi qaynaqlardan tapılıb bərpa olunmuş, 1918-ci ildən sonra bu yerlərin ermənisayağı dəyişdirilmiş adları, onların hamısının coğrafi koordinatları göstərilmişdir. Bu təsnifatda verilmiş həmin kənd və rayonlarda yaşamış azərbaycanlıların yüz il ərzində, yəni, 1831, 1873, 1886, 1905, 1914, 1931-ci illərdə tədricən azalan sayı göstərilir ki, bu da azərbaycan xalqının ermənilər tərəfindən planlaşdırılmış və sistematik genosidini tarixdə saxlanmış demoqrafik statistika əsasında sübuta yetirir.

Kitabları

  • "Silinməz adlar, sağalmaz yaralar", 1997-ci il.

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.