Həştəq
From Wikipedia, the free encyclopedia
Həştəq[1][2] (ing. hashtag) — ön sözü diyez – # simvolu olan metadata teqi. Sosial mediada "X" (əvvəllər "Twitter") kimi mikrobloqlar və foto paylaşma xidmətlərində heşteqlərdən istifadə olunur. Onlar həmçinin "Tumblr" kimi platformada mövzuya görə məzmuna çarpaz istinad etməyə imkan verən istifadəçi tərəfindən yaradılan etiketləmə forması kimi istifadə olunur.[3] Məsələn, "Instagram"da #bluesky heşteqi üçün axtarış həmin terminlə işarələnmiş bütün yazıları göstərir. İlkin diyez simvolundan sonra heşteqə hərflər, rəqəmlər və ya alt xətt işarələri daxil ola bilər.[4]
Heşteqlərin istifadəsi ilk dəfə ABŞ blogeri və məhsul məsləhətçisi Kris Messina tərəfindən 2007-ci ildə yazdığı tvitində təklif edilmişdir.[5][6] Messina "onların internetdən doğulduğunu və heç kimə məxsus olmadığını" hiss etdiyi üçün istifadəni patentləşdirməyə cəhd etməmişdi.[7][8] Heşteqlər "Twitter" mədəniyyətində möhkəmlənmiş,[9] tezliklə "Instagram", "Facebook" və "YouTube"da ortaya çıxmışdır.[10][11] 2014-cü ilin iyun ayında heşteq "Oksford ingilis dili lüğəti"nə "bir mövzu ilə bütün mesajları axtara bilməniz üçün sosial media saytlarında və proqramlarda istifadə edilən, qarşısında # simvolu olan söz və ya ifadə" kimi əlavə olunmuşdur.[12][13]