Türk general-mayoru From Wikipedia, the free encyclopedia
Hüseyn Turqut (1900, İrəvan – 1971, Türkiyə) — İrəvan xanlarının nəslindən olan, Türkiyə Silahlı Qüvvələrinin general-mayoru.
Hüseyn xan Turqut | |
---|---|
Hüseyn xan Həsən xan oğlu İrəvanski | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1900 |
Doğum yeri | |
Vəfat tarixi | 1971 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Həsən xan İrəvanski[d] |
Anası | Nuraleyin хаnım Qovanlı-Qacar[d] |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Osmanlı imperiyası, Türkiyə |
Qoşun növü |
Türkiyə Quru Qoşunları Türkiyə Hərbi Hava Qüvvələri |
Xidmət illəri | 1918–1960 |
Rütbəsi | Tümgeneral |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Birinci Dünya müharibəsində və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 30 il Türkiyə Hərbi Hava Qüvvələrində xidmət edib.
Hüseyn Turqut 1900-cü ilin noyabr ayında İrəvan şəhərində anadan olub[1]. Orta təhsilini İrəvan şəhər gimnaziyasında alıb.[2]
1917-ci il Oktyabr inqilabından sonra İrəvanda ermənilərin törətdikləri özbaşınalıqlardan sonra ailə üzvləri ilə birlikdə Naxçıvana köçüb[1]. Bir müddət Naxçıvanın müdafiəsində iştirak etdikdən sonra ailəsi ilə vidalaşıb Türkiyəyə gedib.[3]
Hüseyn Turqut 1918-ci ildən Osmanlı ordusuna qoşularaq Birinci Dünya müharibəsində iştirak edib. IV kolordunun 5-ci tüməninin tərkibində, daha sonra isə Doğu Bəyaziddə 11-ci tümənin tərkibində döyüşlərdə olub. Savaşın son aylarında doğu ve güneydoğu cəbhələrində göstərdiyi üstün xidmətlərə görə "Dəmir Hilal" döş nişanı ilə təltif olunub.[4]
Türkiyə İstiqlaliyyət Müharibəsi başladıqdan sonra şərq cəbhəsində[5] leytenant rütbəsi ilə Qarsın, Sarıqamışın və Gümrünün işğaldan azad edilməsi əməliyyatlarında iştirak edib[1]. Atatürk tərəfindən "İstiqlal" medalı ilə təltif edilib[1]. Savaşın bitməsindən sonra da orduda qalaraq hərbi xidmətini davam etdirib[6]. Türkiyənin cənub şərqində baş qaldıran kürd üsyanlarının yatırılmasında iştirak edib.[4]
1930-cu ilə qədər Ankarada mühafizə alayında xidmət edən Hüseyn Turqut xidmətdə fərqləndiyinə görə, Hərbi Hava Qüvvələrinə təyinat alıb[7]. 1932-ci ildə pilotlar arasında keçirilən yarışda uğurlu nəticə göstərən beş pilotdan biri olduğu üçün, yenilikləri izləmək və təlimlərdə iştirak etmək üçün Fransaya göndərilib[7]. Fransada keçirilən təlimlərdə yüksək nəticələr göstərərək geri qayıdıb. 6 dil bilən Hüseyn Turqut 1934-cü ildən 1946-cı ilə qədər Türkiyə Hərbi Hava Qüvvələri üçün yeni pilotların yetişdirilməsində iştirak edib[7]. Türk Hava Qüvvələrində "Junge dayı" ləqəbi ilə tanınıb.[3]
1946-cı ildə ağır qəzaya düşüb. Bu qəzadan sonra səhhəti təlim keçməsinə imkan vermədiyi üçün Hərbi Hava Qüvvələrində başqa müxtəlif vəzifələrdə çalışıb.[8] 1960-cı ildə 42 illik xidmətindən sonra tümgeneral rüstbəsi ilə təqaüdə çıxıb.[9]
Hüseyin Turqut 1971-ci ilin noyabr ayında Ankarada vəfat edib.[2] Xüsusi hərbi mərasimlə Ankara şəhərində Cebeci Hərbi Şəhidliyində dəfn edilib.[4]
Atası İrəvan xanlarının nəslindən olan Abbasqulu xan İrəvanskinin oğlu Həsən xan Turqut anası isə Bəhmən mirzə Qovanlı-Qacarın qızı şahzadə Nuraleyin xanım Qovanlı-Qacardır. Qardaşı Fərid xan adlı qardaşı, Rüxsarə, Sami və Adilə adlı bacıları olub.[10]
Hüseyin xan Turqut 1936-cı ildə Ləman Hattusas ilə ailə həyatı qurub[7]. 1940-cı ildə Nur adlı qızları, 1946-cı ildə isə Turhan adlı oğlanları anadan olub.[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.