Hökmdar sarayı (Qədim Gəncə)
From Wikipedia, the free encyclopedia
Hökmdar sarayı — Qədim Gəncə qala-şəhərində yerləşən XI-XII əsrlərə aid tarix-memarlıq abidəsidir. Abidə 1939-1940-cı illərdə arxeoloq İ. Cəfərzadənin rəhbərliyi ilə aparılmış qazıntı-tədqiqat işləri zamanı aşkar edilmiş və öyrənilmişdir.
Hökmdar sarayı | |
---|---|
| |
Ölkə |
![]() |
Şəhər |
|
Yerləşir | Qədim Gəncə |
Tikilmə tarixi | XI-XV əsrlər |
Üslubu | Arran memarlıq məktəbi |
Material | çiy kərpic, çaydaşı, bişmiş kərpic, gil məhlulu, əhəng məhlulu |
Vəziyyəti | xarabalıqları qalıb |
İstinad nöm. | 567 |
Kateqoriya | nekropol |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Saray ərazisində aparılmış arxeoloji qazıntılar, Qədim Gəncənin XI-XV əsrlərdə məişəti lə bağlı bir sıra məsələlərə cavab verməyə şərait yaratmışdır. Sarayın aid olduğu dövrün müəyyən edilməsində əsas rolu kompleks ərazisindən əldə edilmiş keramika qalıqları və sikkələr oynamışlar.
Saray binasının və kompleksə daxil olan digər tikililərin divarları çiy kərpic və gil məhlulundan istifadə edilməklə inşa edilmişdir. Yalnız kompleksi əhatə edən divarların inşasında çaydaşı və əhəng məhlulundan istifadə olunmuşdur.