Yeraltından qeydlər
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
"Yeraltından Qeydlər" (rus. Записки из подполья) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1864-cü ildə nəşr olunmuş qısa bir romanıdır.[1] Dostoyevski qəhrəmanlarının əksəriyyətində gördüyümüz, insanlardan qaçan, daha çox öz daxilinə qapanmış, qaraqabaq insan tipinə, məhz bu romanda da rast gəlirik. Belə ki, romanın baş qəhrəmanı olan adsız şəxs, cəmiyyətdən özünü kənar tutmuş sərt xarakterli bir kimsədir. Roman iki hissədən ibarətdir və qəhrəmanın öz dilindən nəql olunur. "Mən xəstə bir adamam" ifadəsi ilə başlayan kitabın ilk hissəsində şəxs, cəmiyyətdən nə üçün qaçdığından, öz gizli dünyasında necə yaşadığından və daha çox nələr ilə məşğul olduğundan bəsh edir. İkinci hissədə isə O, daxilinə qapanmadan öncəki sosyal həyatından bir neçə səhnə nəql edir. Ustad qələmindən çıxmış və Dostoyevski müşahidələrinin əvəzsiz zənginliyini özündə əks etdirən bu əsər, bir roman olmaqla yanaşı, eyni zamanda möhtəşəm bir pisixi təhlil xarakteri də daşıyır.
Yeraltından qeydlər | |
---|---|
rus. Записки изъ подполья | |
Müəllif | Fyodor Dostoyevski |
Orijinalın dili | rus dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1864 |
Vikianbarda əlaqəli mediafayllar |
Əsər oxunduqca özü üçün yaratdığı kiçik və fərqli dünyada yaşayan adi bir insanın həyatına nəzər salınarkən həm də bütün cəmiyyət tənqidə məruz qalır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.