Georq Lüger
From Wikipedia, the free encyclopedia
Georq Lüger (alm. Georg Johann Luger; 6.3.1849, Ştaynah, Avstriya — 23.12.1923, Şönayxe, Almaniya) — məşhur avstriyalı silah konstruktoru. 1900-cü ildə ixtira etdiyi Lüger tapançasına görə tanınır. Lüger 9x19 mm çaplı tapança patronunu yaratmış və yüksək göstəricilərinə görə həmin patron 1953-cü ildə NATO ölkələri üçün standart döyüş sursatı kimi qəbul edilmişdir. Hazırda 9 mm Luger (və ya 9 mm Para və 9 mm NATO) dünyada ən geniş yayılmış tapança patronudur.