Gelibolu müqaviləsi
From Wikipedia, the free encyclopedia
Gelibolu müqaviləsi (türk. Gelibolu Antlaşması) — 1403-cü ilin yanvar-fevralında imzalanmış sülh və ticarət müqaviləsi. Gelibolu müqaviləsi Balkanlardakı Osmanlı ərazilərinin hökmdarı Süleyman Çələbi ilə Bizans imperiyası, Genuya Respublikası, Venesiya Respublikası, Arxipelaq hersoqluğu və Hospitalyerlər ordeni arasında bağlanmış sülh müqaviləsi idi. Ankara döyüşündən sonra bağlanan bu müqavilə ilə Süleyman, qardaşları ilə varislik uğrunda mübarizədə öz mövqeyini möhkəmləndirməyə çalışarkən, itirdikləri torpaqları geri qaytaran və Osmanlı hökmdarı üzərində nominal üstünlük əldə edən xristian dövlətlərinə, xüsusilə Bizanslara böyük güzəştlər etdi. Qanunlar, Süleyman və Osmanlı varislik mübarizəsinin qalibi I Mehmed dövründə qüvvədə qaldı. Lakin 1421-ci ildə I Mehmedin ölümündən sonra müqavilə qüvvədən düşdü.
Gelibolu müqaviləsi | |
---|---|
Müqavilənin tipi | sülh və ticarət müqavilsi |
İmzalanma tarixi | yanvar/fevarl 1403 |
İmzalanma yeri | Gelibolu |
Qüvvəyə minməsi | |
• şərtləri | Süleyman Çələbi ilə Bizans imperiyası arasında ittifaq müqaviləsi; Süleyman Çələbi ilə Genuya, Venesiya və Yunanıstandakı mülkləri və vassalları arasında imzalanmış sülh və ticarət müqaviləsi |
İmzalayanlar | |
Tərəflər | Süleyman Çələbi, Bizans imperiyası, Genuya Respublikası, Venesiya Respublikası |