Gəmiçi Henri
From Wikipedia, the free encyclopedia
Portuqaliya Şahzadəsi Henrike, Viseu Hersoqu (4 mart 1394, Portu, Portuqaliya krallığı[1] – 13 noyabr 1460[2][3][…]) — daha çox "Gəmiçi" Henri ( port. Infante Dom Henrique, o Navegador) adı ilə tarixdə məşhurlaşıb. Henrik "Gəmiçi" adlandırılsa da heç vaxt açıq dənizə səyahətə çıxmamışdır, lakin coğrafi kəşflərə çıxan səyyahlara maddi dəstək vermişdir. Henrike Portuqaliya Kralı I Joao-nun dördüncü oğlu idi və heç vaxt Portuqaliya kralı olmayıb. Anası Filippa İngiltərə kralı IV Henrinin bacısı idi.[5]