Güzgü
From Wikipedia, the free encyclopedia
Güzgü və ya Ayna — nisbətən hamar səth olub, qayıtma qanununa əsasən səthə düşən işığın paralleliyini təmin edərək səthdə əksin yaranmasına imkan verir. Buna görə də, səthin güzgü kimi işləməsi üçün onun kələkötürlüyü düşən işığın dalğa uzunluğunun yarısına bərabər olmalıdır. Ağ nahamar səth də işığı qaytarır, ancaq burada işıq nizamlanmamış şəkildə olduğundan heç bir əksi görmək olmur[1].
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Müstəvi güzgülər eyni ölçülü virtual şəkillər göstərirlər. Refleksion güzgülərdə isə yana dönmüş, başıüstə olan şəkilləri görmək olur.
Müstəvi olmayan güzgülərdə əksin keyfiyyəti güzgünün xassələrindən asılı olur (qabarıq, çökük, dalğavari güzgü). Burada güzgüyə olan məsafə də rol oynayır. Beləliklə təhrif olunmuş əkslər alınır. Qabarıq güzgülərdə əkslər böyük, çökük güzgülərdə isə kiçik alınır.
Ən geniş yayılmış güzgü növləri məişətdə, əsasən isə evlərdə işlədilən güzgülərdir. Onlar arxa tərəfinə nazik aluminium qatı çəkilmiş şüşələrdən ibarətdir. Keçmişdə gümüşdən güzgü kimi istifadə edilirdi. Şüşənin arxasına çəkilmiş metal qatı əlavə olaraq oksidləşmədən qorumaq üçün rənglə örtülür.
Güzgülər çox qədim zamanlardan insana məlum olmuşdur. İlk insan tərəfindən yaradılmış güzgü tunc dövrünə gedib çıxır. O zaman üzü hamarlanmış metal lövhələrdən güzgü kimi istifadə edilirdi.