Gürcüstan Milli Elmi Kitabxanası
Tbilisi şəhərində yerləşən elmi kütləvi kitabxana / From Wikipedia, the free encyclopedia
Gürcüstan Milli Elmi Kitabxanası (gürc. ეროვნული სამეცნიერო ბიბლიოთეკა) — Tbilisi şəhərində yerləşən elmi kütləvi kitabxana. Kitabxana 1941-ci ildə Gürcüstan SSR Elmlər Akademiyasının açılışı ilə eyni vaxtda yaradılmışdır. İlkin dövrlərdə yalnız Akademiyanın elmi heyətinə xidmət edirdi. İlk adı da Gürcüstan Elmlər Akademiyası Kitabxanası olmuşdur. Yaradılanda kitab fondu cəmisi iki min nüsxə idi. Bundan əlavə, Akademiyanın tərkibinə daxil olan elmi tədqiqat institutlarının öz elmi kitabxanaları var idi. Akademiyanın yaradılması ilə birlikdə, 1945-ci ildə uğurla həll olunan fundamental kitabxana yaratmaq məsələsi ortaya çıxdı. Yalnız bir neçə il sonra, demək olar ki, bütün elm sahələrinin ədəbiyyatı ilə zənginləşdirilmiş kitabxana fondu artıq 400 minə yaxın çap vahidinə malik idi. Kitabxana üçün xaricdə nəşr olunan gürcü dilli kitabların vətənə qaytarılması əsas məsələ olmuşdur. Xarici mədəniyyət mərkəzlərindən, kitabxanalarından və muzeylərində saxlanılan qədim gürcü əlyazmalarının mikrofilmlərinin beynəlxalq kitab mübadiləsi yolu ilə alınmasına xüsusi diqqət yetirilirdi. Müxtəlif vaxtlarda kitabxana bir çox məşhur alim və ictimai xadimin şəxsi kolleksiyalarını və kitabxanalarını miras olaraq əldə etmişdir. Ekvtime Takaişvili, Vukola Beridze, S.Narikaşvili, V.Voronin, A.Baykov, M.Polievktov, G.Lomtatidze, N.Lordkipanidze, İvan və Varlam Aslanishvili qardaşları və başqaları, o cümlədən şair-akademik İosif Qrişaşvili 100 min kitab həcmində zəngin şəxsi kitabxanalarını (bu gün Gürcüstan Milli Elmi Kitabxanasına məxsusdur) Elmi müəssisəyə vəsiyyət edərək vermişdilər.[1]
Gürcüstan Milli Elmi Kitabxanası | |
---|---|
gürc. ეროვნული სამეცნიერო ბიბლიოთეკა | |
| |
Ümumi məlumatlar | |
Ölkə | Gürcüstan |
Tipi | elmi kütləvi kitabxana |
Yaradılıb | 1941 |
Ünvan | Tbilisi, Aleksidze küçəsi 1-4 |
Fondu | |
Fondun həcmi | 20 mln nüsxə |
Fondun tərkibi | kitablar, jurnallar, qəzetlər, rəsmi nəşrlər, xəritələr və s. |
Sayt | sciencelib.ge |