Gürcüstan əhalisi
From Wikipedia, the free encyclopedia
Gürcüstan əhalisi (tanınmamış Cənubi Osetiya və Abxaziya siyahıya daxil deyil) 1 yanvar 2020-ci il məlumatına görə 3 716 900 nəfər[1] təşkil edir.
2014-cü ilin 5 noyabr tarixli açıqlamaya görə ölkə əhalisi 3 713 804 təşkil etmiş, bunun 2 122 623 nəfəri şəhər (57,15 %), 1 591 181 nəfəri isə kənd əhalisi təşkil etmişdir (42,85 %)[2]. 2014-cü ildə şəhər əhalisi Gürcüstanın ümumi əhalisinkn 57,4%, kənd əhalisi isə 42,6% (2002-ci ildə — müvafiq olaraq 52,3 % və 47,7 %).[3] təşkil etmişdir.
Kişilər ümumi əhalinin 47,7 %, qadınlar 52,3 % təşkil edir. Kişilərin orta ömür müddəti 70,1 il, qadınlarda isə 78,6 il təşkil edir. Orta göstərici isə 74,4 ildir[4].