Gürcüstan–NATO münasibətləri
From Wikipedia, the free encyclopedia
NATO ilə Gürcüstan arasındakı münasibətlər 1992-ci ildə, müstəqillik əldə edən Gürcüstanın Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildə Avro-Atlantik Tərəfdaşlıq Şurası olaraq dəyişdirilməsi) qoşulması ilə başladı. Gürcüstan Sülh Naminə Tərəfdaşlıq proqramına (1994) və Planlaşdırma və Analiz Prosesinə (1999) qoşulması ilə bu əməkdaşlıq daha da dərinləşdi və genişləndi.
2003-cü il inqilabından sonra Gürcüstan bu təşkilata daxil olma ehtimalı ilə NATO ilə əlaqələri gücləndirmək üçün səy göstərməyə başladı. Bu öhdəlik 2008-ci ilin aprelində NATO-nun Buxarest sammitində dəstəkləndi. 2008-ci ilin sentyabrında NATO-Gürcüstan Komissiyası (AMG) Buxarestdə başlayan bir prosesə rəhbərlik etmək üçün işə başladı. NATO ilə Gürcüstan arasındakı münasibətlərdə problem, Rusiyanın 2008-ci ilin avqustunda Cənubi Osetiyadakı silahlı qarşıdurmadan sonra müstəqilliyini tanıdığı Abxaziya və Cənubi Osetiya ərazisində rus qoşunlarının olmasıdır.