XX Dünya Kuboku From Wikipedia, the free encyclopedia
2014 FİFA Dünya Kuboku (ing. 2014 FIFA World Cup) — 2014-cü ildə Braziliyada kişilər arasında təşkil olunmuş sayca 20-ci FİFA Dünya Kuboku turniri. Turnirin Cənubi Amerikada təşkil olunmasına qərar verildikdən sonra, 30 oktyabr 2007-ci ildə Braziliyanın ev sahibliyi etməsi FİFA tərəfindən təsdiq edilmişdir.[1] Bu, Braziliyada 1950-ci ildə keçirilmiş Dünya kuboku yarışmasından sonra sayca ikinci, 1978-ci ildən sonra isə Cənubi Amerikada təşkil edilmiş ilk mundial olmuşdur.
2014 FİFA Dünya Kuboku | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | Braziliya |
Tarix | 2014 |
Başlama tarixi | 12 iyun 2014 |
Bitmə tarixi | 13 iyul 2014 |
Komanda sayı | 32 |
Stadion sayı | 12 (12 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | Almaniya milli futbol komandası |
Çempion | Almaniya |
Gümüş medalçı | Argentina |
Bürünc medalçı | Niderland |
Dördüncü yer | Braziliya |
Yarış statistikası | |
Oyun sayı | 64 |
Qol sayı | 171 (matç başına: 2.67) |
Tamaşaçı sayı | 3429873 (matç başına: 53592) |
Mükafat sahibləri | |
Bombardir(lər) |
Xames Rodriqes (6 qol) |
Ən yaxşı oyunçu | Lionel Messi |
Ən yaxşı gənc oyunçu | Pol Poqba |
Ən yaxşı qapıçı | Manuel Noyer |
Fair Play mükafatı | Kolumbiya |
← 2010 2018 → | |
Vikianbarda əlaqəli mediafayllar |
31 ölkənin milli komandaları Dünya Kubokuna vəsiqə qazanmaq üçün 2011-ci ilin iyun ayında başlayan təsnifat mərhələsində mübarizəyə qoşulmuşdular. 20 noyabr 2013-cü ildə isə seçmə qrupları tamamlanmış və qrup mərhələsinə qatılan ölkələr müəyyən olunmuşdur. Oyunlar yeni inşa edilmiş və yeniləşdirilmiş 12 fərqli şəhərdə olan 12 stadionda oynadılmışdır. Ev sahibi ölkə ilə yanaşı 1930-cu ildə keçirilən ilk Dünya Kubokundan bəri Dünya çempionu titulunu qazanmış bütün ölkələr (Uruqvay, İtaliya, Almaniya, İngiltərə, Argentina, Fransa və İspaniya) turnirdə mübarizə etmə hüququ qazanmışdılar.
Dünya Kubokunun tarixində ilk dəfə "goal-line" texnologiyası tətbiq olunmuşdur. Həmin texnologiya mübahisəli məqamlarda topun qapı xəttini keçib-keçməməsini müəyyən edir.[2]
Final görüşü Braziliyanın Rio de Janeyro şəhərində yerləşən Marakana stadionunda keçirilmişdir. Həmin oyunda Almaniya millisi əlavə vaxtda Mario Götzenin vurduğu yeganə qol sayəsində Argentina millisini məğlub edərək, tarixində dördüncü dəfə dünya çempionatının qalibi titulunu qazandı.
Bir oyunda vurulmuş qolların sayına görə, çempionatın ən böyük nəticəsi yarımfinal mərhələsində keçirilmiş Braziliya — Almaniya oyununda qeydə alınmışdır. Həmin qarşılaşmada Almaniya Braziliyanı 7 : 1 hesabı ilə məğlub edərək, tarixdə ən böyuk hesablı qələbərdən birinə nail olmuşdur. Ev sahibinin əvvəlcədən bu turnirdə uğurla çıxış edərək, çempionatın favoritlər sırasına daxil olmasına baxmayaraq,[3][4][5][6] Braziliya yığma komandasının baş məşqçısi Luis Felipe Skolari istefa üçün müraciət etmış və bu istefa Braziliya — Niderland oyunundan sonra qəbul edilmişdir.[7]
Dünya Çempionatının keçiriləcəyi ölkənin şeçilməsində kontinentlərin rotasiya prinsipi nəzərə alındığına görə, 2014-cü ildə futbol üzrə Dünya Kuboku Cənubi Amerikada keçirilməli idi. Braziliya isə yeganə favorit namizəd idi. 2003-cü ildə Cənubi Amerikanın digər ölkələri Braziliyanın namizədliyini dəstəkləməyə razılıq verdilər. Buna baxmayaraq, Dünya çempionatının keçirilməsinə Braziliya ilə yanaşı bir neçə dövlət iddialı idi. Belə ki, çempionatın keçirilməsi üçün Kolumbiya da öz iddiasını irəli sürmüşdü, lakin 1986-cı ildə dünya çempionatının keçirilməsi məqsədilə Kolumbiyanın üzərinə düşən öhtəlikləri yerinə yetirməməsini nəzərə alaraq, onun namizədliyi "qeyri ciddi" kimi qəbul edilmişdi. Bu səbəbdən 1986-cı ildə turnir ikinci dəfə Meksikada müvəffəqiyyətlə keçirilmişdir.
2003-cü ilin mart ayında FIFA bəyan etmişdir ki, 1978-ci ildən sonra turnir ilk dəfə Cənubi Amerikada keçiriləcək.[8] Həmin il 3 iyun tarixində CONMEBOL Argentina, Braziliya və Kolumbiya 2014-cü ilin Dünya Kubokuna sahiblik etmək üçün öz ərizələrini təqdim edəcəklərini bildirmişlər.[9] Braziliya öz ərizəsini rəsmən 2006-cı ilin dekabr ayında təqdim etmişdir. 11 aprel 2007-ci ildə keçirilmiş səsvermənin nəticəsinə görə, Braziliya çempionatda ev sahibliyi etmək hüququnu qazandı.[10] Beləliklə, Meksika, İtaliya, Fransa və Almaniyadan sonra Braziliya da ikinci dəfə Dünya Kubokuna ev sahibliyi etmişdir.
2014-cü ilin Dünya çempionatın rəsmi topun adını təyin etmək məqsədi ilə, Adidas şirkəti tərəfindən tarixdə ilk dəfə olaraq internet vasitəsilə GloboEspote.com saytında səsvermə prosesi keçirilmişdir.[11] Səsvermədə topun adı məhz azarkeşlərin sayəsində şeçilmişdir. 2012-ci ilin 2 sentyabr tarixində FİFA-nın baş katibi Jerom Valk bəyan etmişdir ki, səsvermənin nəticəsinə görə, Dünya Çempionatının rəsmi topu olaraq Adidas şirkətinin Brazuca adlı topu seçilmişdir.[12]
4 dekabr 2013-cü ildə isə Brazuca Rio de Janeyro şəhərində rəsmi olaraq təqdim edilmişdir.[13] FİFA-nın məlumatına görə, Brazuca braziliyalıların milli fəxrini, onların həyat tərzini, emosiyalarını, habelə insanlara xeyrixahlıqını təsvir edir.[14]
2010-cu ilin Dünya Çempionatı ərzində Yohannesburq şəhərində keçirilən mərasimdə turnirin rəsmi emblemi təqdim edilmişdi. Emblemin seçilməsi üzrə komitəyə memar Oskar Nimeyer, tərtibatçı Hans Donner, modelçi Jizel Bündhen, yazıçı Paulo Koelyo, müğənni İveti Sanqalu, 2014-cü ilin Dünya Çempionatı təşkilat komitəsinin sədri Rikardo Teyşeyra və FİFA-nın baş katib Jerom Valk daxil idilər. Komitə üzvləri tərəfindən seçilmiş emblem "Ruhlanma" (port. Inspiração) adını daşıyır. Həmin emblem Braziliyanın "Afrika" agentliyi tərəfindən tətbiq edilib.[15]
Talismanın seçimi FİFA-nın qərarı ilə 2012-ci ilin mart ayında keçirilmişdir. Qalib uğrunda Arara, Saci, Fuleco Yaquar və Armadilo mübarizəyə qoşulmuşdur. 16 sentyabr 2012-ci ildə turnirin rəsmi talismanı ictimaiyyətə təqdim edilmiş və müsabiqənin nəticələrinə görə, qalibiyyət Fuleko adını daşıyan armadil tərəfindən əldə olunmuşdur.[16] Onun visual siması Braziliya bayrağına daxil olan rənglərdən (göy, yaşıl və sarı) ibarət olan üç diapasonları, ağ rəngli koynəyi və yaşıl rəngli şortiki ifadə edir.
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinə müvafiq olaraq, armadillərin Braziliyada məhv olma təhlükəsi var. Buna görə də FİFA-nın təşkilat komitəsi, heyvanların və ətraf mühitin qayğısına qalaraq, talisman qismində məhz bu heyvanı seçmişdir.[17]
Talismanin prezentasiya zamanı FİFA-nın baş katibi Jerom Valk bəyan etmişdir ki, üç diapasonlardan ibarət olan armadil talisman kimi çox mükəmməldir. Onun sözlərinə görə, çempionatın əsas məqsədlərdən biri ətraf mühitin və ekologiyanın qorunması məsələlərində diqqət ayırılmasında olmasıdır.
Hamı tutuquşa ümid edirdi, amma armadil ondan daha vacibdir. O sadəcə talisman kimi yox, irsini və təbiətin qorunmasını ifadə edir.[18] Jerom Valk |
23 yanvar 2013-cü ildə FİFA və Sony Music tərəfindən turnirin rəsmi mahnısı təqdim edildi. Bu mahnı amerikalı musiqiçi Pitbull, braziliyalı Klaudiya Leytte və pop-estrada müğənnisi Cennifer Lopesin ifa etdiyi "We are one(Ole Ola)" kompozisiyası oldu.[19]
Dünya Çempionatının seçmə mərhələsi 15 iyun 2011-ci il 20 noyabr 2013-cü ilə qədər keçirilmişdir. 2011-ci ilin 3 mart tarixində FİFA final mərhələsində regional konfederasiyalar üzrə yerləri bölüşdürmüşdür. Bölüşdürmə əvvəlki iki dünya çempionatdaki kimi qalmışdır. Həmin yerlərdən biri ev sahibi, 29 final mərhələsində təmin olumnuş yerlər konfederasiyalar, daha 2 yerlər isə kontinental pley-off mərhələsinin qalibləri arasında bölüşdürülmüşdür. İştirakçı cütliklərin tərkibi 29 iyul 2011-ci ildə keçirilmiş püşk atma mərasimində müəyyən olunmuşdur.
Vəsiqə qazanmış ölkələr | |
Final mərhələsinə addımlamayan ölkələr | |
Ərizəni təqdim etməyən ölkələr | |
FİFA üzvü deyil |
Final mərhələsində turnirin ev sahibi Braziliya ilə birlikdə 32 komanda iştirak edib. İştirakçılar seçmə mərhələləri çərçivəsində final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparmışdılar (bundan başqa iki iştirakçı kontinentlərarası pley-off məhlələlərində oynayıblar). Onların arasında vaxtıilə çempion titulunu qazanmış bütün 8 komanda iştirak edib. Bosniya və Herseqovina dünya çempionatlarının final mərhələsində debut edən yeganə ölkə idi.
Rəsmi ərizəni təqdim etməkdən əvvəl, 13 may 2014-cü ilə qədər milli komandalar 30 oyunçudan ibarət olan ilkin heyətləri açıqlamalı idilər. Sonuncu təqdim edilmiş ərizəyə əsasən, hər milli komandanın heyətinə 3 qapıçı ilə birlildə 23 oyunçu qatılmalı idi. Ərizə 2 iyun 2014-cü ilə qədər təqdim edilməlii idi.[20]
Konfederasiya | Yığma | Təsnifat mərhələsində | Fifa Dünya Kubokuna çıxış tarixi | Final mərhələsində iştirak edib | Dalbadal | Axirinci dəfə iştirak edib | Ən yaxşı nailiyyət | FIFA reytinqində (turnir başlayan zamanı) |
---|---|---|---|---|---|---|---|---|
CONMEBOL | Braziliya | Təşkilatçı | 30 oktyabr 2007 | 20 | 20 | 2010 | Çempion (1958, 1962, 1970, 1994, 2002) | 3 |
Argentina | Cənubi Amerika, 1-ci yer | 10 sentyabr 2013 | 16 | 11 | 2010 | Çempion (1978, 1986) | 5 | |
Kolumbiya | Cənubi Amerika, 2-ci yer | 11 oktyabr 2013 | 5 | 1 | 1998 | 1/8 final (1990) | 8 | |
Çili | Cənubi Amerika, 3-cü yer | 15 oktyabr 2013 | 9 | 2 | 2010 | 3-cü yer (1962) | 14 | |
Ekvador | Cənubi Amerika, 4-cü yer | 15 oktyabr 2013 | 3 | 1 | 2006 | 1/8 final (2006) | 26 | |
Uruqvay | Cənubi Amerika, pley-off mərhələsi | 20 noyabr 2013 | 12 | 2 | 2010 | Çempion (1930, 1950) | 7 | |
AFC | İran | Аsiya, A qrupu, 1-ci yer | 18 iyun 2013 | 4 | 1 | 2006 | Qrup mərhələsi (1978, 1998, 2006) | 43 |
Cənubi Koreya | Аsiya, A qrupu, 2-ci yer | 18 iyun 2013 | 9 | 8 | 2010 | 4-cü yer (2002) | 57 | |
Yaponiya | Аsiya, B qrupu, 1-ci yer | 4 iyun 2013 | 5 | 5 | 2010 | 1/8 final (2002, 2010) | 46 | |
Avstraliya | Аsiya, B qrupu, 2-ci yer | 18 iyun 2013 | 4 | 3 | 2010 | 1/8 final (2006) | 62 | |
CAF | Kot-d'İvuar | Afrika, pley-off mərhələsi | 16 noyabr 2013 | 3 | 3 | 2010 | Qrup mərhələsi (2006, 2010) | 23 |
Nigeriya | Afrika, pley-off mərhələsi | 16 noyabr 2013 | 5 | 2 | 2010 | 1/8 final (1994, 1998) | 44 | |
Kamerun | Afrika, pley-off mərhələsi | 17 noyabr 2013 | 7 | 2 | 2010 | 1/4 final (1990) | 56 | |
Qana | Afrika, pley-off mərhələsi | 19 noyabr 2013 | 3 | 3 | 2010 | 1/4 final (2010) | 37 | |
Əlcəzair | Afrika, pley-off mərhələsi | 19 noyabr 2013 | 4 | 2 | 2010 | Qrup mərhələsi (1982, 1986, 2010) | 22 | |
CONCACAF | ABŞ | Şimali Amerika, 1-ci yer | 10 sentyabr 2013 | 10 | 7 | 2010 | 3-cü yer (1930) | 13 |
Kosta-Rika | Şimali Amerika, 2-ci yer | 10 sentyabr 2013 | 4 | 1 | 2006 | 1/8 final (1990) | 28 | |
Honduras | Şimali Amerika, 3-cü yer | 15 oktyabr 2013 | 3 | 2 | 2010 | Qrup mərhələsi (1982, 2010) | 33 | |
Meksika | Şimali Amerika, pley-off mərhələsi | 20 noyabr 2013 | 15 | 6 | 2010 | 1/4 final (1970, 1986) | 20 | |
UEFA | Belçika | Avropa, A qrupu, 1-ci yer | 10 sentyabr 2013 | 12 | 1 | 2002 | 4-cü yer (1986) | 11 |
İtaliya | Avropa, D qrupu, 1-ci yer | 10 sentyabr 2013 | 18 | 14 | 2010 | Çempion (1934, 1938, 1982, 2006) | 9 | |
Almaniya | Avropa, C qrupu, 1-ci yer | 11 oktyabr 2013 | 18 | 16 | 2010 | Çempion (1954, 1974, 1990) | 2 | |
Niderland | Avropa, D qrupu, 1-ci yer | 10 sentyabr 2013 | 10 | 3 | 2010 | 2-ci yer (1974, 1978, 2010) | 15 | |
İsveçrə | Avropa, E qrupu, 1-ci yer | 11 oktyabr 2013 | 10 | 3 | 2010 | 1/4 final (1934, 1938, 1954) | 6 | |
Rusiya | Avropa, F qrupu, 1-ci yer | 15 oktyabr 2013 | 3 | 1 | 2002 | Qrup mərhələsi (1994, 2002) | 19 | |
Bosniya və Herseqovina | Avropa, G qrupu, 1-ci yer | 15 oktyabr 2013 | 1 | 1 | — | — | 21 | |
İngiltərə | Avropa, H qrupu, 1-ci yer | 15 oktyabr 2013 | 14 | 5 | 2010 | Çempion (1966) | 10 | |
İspaniya | Avropa, I qrupu, 1-ci yer | 15 oktyabr 2013 | 14 | 10 | 2010 | Çempion (2010) | 1 | |
Portuqaliya | Avropa, pley-off mərhələsi | 19 noyabr 2013 | 6 | 4 | 2010 | 3-cü yer (1966) | 4 | |
Fransa | Avropa, pley-off mərhələsi | 19 noyabr 2013 | 14 | 5 | 2010 | Çempion (1998) | 17 | |
Yunanıstan | Avropa, pley-off mərhələsi | 19 noyabr 2013 | 3 | 2 | 2010 | Qrup mərhələsi (1994, 2010) | 12 | |
Xorvatiya | Avropa, pley-off mərhələsi | 19 noyabr 2013 | 4 | 1 | 2006 | 3-cü yer (1998) | 18 |
2013-cü ilin mart ayında FIFA futbol konfederasiyalardan olan 52 potensial hakimlərin və onların köməkçiləri adlarından ibarət olan siyahını dərc etdirmişdi[21]. Yekun siyahı 14 yanvar 2014-cü ildə dərc edilmişdi[22].
Konfederasiya | Baş hakimlər | Yan xətt hakimləri | Köməkçilər | |
---|---|---|---|---|
AFC | Ravşan İmratov | Abdulhamidullo Rasulov | Bahadyr Kochkarov | Əlirza Faqhani Həsən Kamranifar |
Yuiti Nisimura | Toru Saqara | Toşiyuki Naqara | ||
Abdulla Şukrulla | Yaser Tulafat | Ebrahim Saleh | ||
Benjamin Uilymas | Matteu Kream | Hakan Anaz | ||
CAF | Numandez Due | Songuifolo Yeo | Jan-Klod Birumuşahu | Nenat Alioum Cibril Kamara Aden Marva Daniel Bennett |
Bakari Papa Qassana | Evarist Mankouande | Felicien Kabanda | ||
Camel Aymudi | Abelhalk | Redouane Achik | ||
CONCACAF | Xoel Antonio Aqilyar Çikas | Villiam Torres | Juan Xuymba | Roberto Moreno Erik Boria Valter Lopez Leonel Leal |
Mark Qeyqer | Mark Hurd | Joe Fletçer | ||
Marko Antonio Rodriges Moreno | Marvin Terrentera | Markos Quintero | ||
CONMEBOL | Nestor Pitana | Hernan Maldana | Juan Pablo Belatti | Viktor Hüqo Karrilo Rodney Aquino |
Sandro Meyra Rissi | Emerson de Karvalyo | Marselo Van Qasse | ||
Enrike Osses | Karlos Astroza | Serjio Roman | ||
Vilmar Roldan | Humberto Klavijo | Eduardo Diaz | ||
Karlos Vera | Kristian Leskano | Byron Romero | ||
OFC | Piter О’Liri | Jan Hendrik Hintz | Mark Rule | Norbert Hauata |
UEFA | Feliks Brix | Stefan Lupp | Mark Borş | Svein Oddvar Moen Kim Haqlund |
Cüneyt Çakır | Bahattin Duran | Tarik Ongün | ||
Yunas Eriksson | Matias Klasenius | Daniel Vernmark | ||
Born Kuypers | Sander van Roekel | Ervin Zeinstra | ||
Milorad Majiç | Milovan Ristiç | Dalibor Curceviç | ||
Pedru Proensa | Bertino Miranda | Tiaqo Triqo | ||
Nikola Ritsoli | Renato Faverani | Andrea Stefani | ||
Karlos Velasko Karbalyo | Roberto Alonso Fernandes | Juan Karlos Yuste Jimenez | ||
Hovard Uebb | Mike Mullarkey | Darren Kann |
31 may 2009-cu ildə dünya çempionatın final mərhələsinin oyunları üçün 12 stadion seçilmişdi.[23] 16 iyun 2010-cu ildə FIFA bəyan etmişdir ki, San Paulo şəhərinin hakimiyyəti təyinolunmuş müddətə maliyyə zəmanətlərini təmin etməyib; ona görə də "Morumbi" stadionu siyahıdan çıxarılıb. Buna baxmayaraq, danışıqlar San Pauluda davam etdirilmişdir. Bir müddət öncə Braziliya Futbol Federasiyası bəyan edib ki, San Paulu şəhərində "Korintias" futbol klubu üçün və xüsüsi ilə dünya kuboku turnirin qarşılaşmalarını üçün yeni stadion inşa ediləcək.[24]
Rio de Janeyro | Brazilia | San Paulo | Fortaleza |
---|---|---|---|
Marakana | National Arena | Korintians Arena | Kastelao Arena |
Tutumu: 74 738 (Böyüdüldü) |
Tutumu: 69 349 (Yeni stadion) |
Tutumu: 62 601 (Yeni stadion) İnşa irəliləməsi: 94%[25] |
Tutumu: 60 342 (Böyüdüldü) |
Belo Horizonte | Porto Alegre | ||
The Mineyrao stadionu | Beyra-Rio | ||
Tutumu: 58 170 (Böyüdüldü) |
Tutumu: 43 394 (Böyüdüldü) | ||
Salvador | Rekife | ||
Fonte Nova Arena | Pernambuko Arena | ||
Tutumu: 51 900 (Yeni stadion) |
Tutumu: 42 610 (Yeni stadion) | ||
Kuyaba | Manaus | Natal | Kuritaba |
Pantanal Arena | Amazonia Arena | Dunas Arena | Bayksada Arena |
Tutumu: 41 112 (Yeni stadion) |
Tutumu: 40 549 (Yeni stadion) |
Tutumu: 39 971 (Yeni stadion) |
Tutumu: 39 631 (Böyüdüldü) İnşa irəliləməsi: 85%[25] |
Püşk atma mərasimi 6 dekabr 2013-cü ildə yerli vaxt ilə saat 13:00-da Braziliyanın Mara-di-San-Juan şəhərində keçirilmişdir.[26] Mərasim CAR prezidenti Nelson Mandelanın xatirəsi və onun barəsində qısa videomaterial və fotoşəkillər ilə başlanmışdir.[27] Mərasimdə çıxış etmiş Braziliya prezidenti Dilma Rusef öz çixışında braziliya futbolunun ənənələri qeyd etdi. O bildirmişdir ki, Braziliya bütün Dünya çempionatlarında iştikar etmiş və 5 titulu qazanmış yeganə ölkədir:
Bu, kuboklar kubokludur. Tamaşaçıların multimədəniyyətli Braziliya ölkəsinin səfət etməyinə şərait olacaq. Bu, cox möhtəşəm Dünya kuboku olacaqdır. Bizim ölkəmizdə kifayət qədər ulduz oyunçularımız vardır. Optimizm üçün mənim kifayət qədər səbəblərim var.[28] Dilma Rusef |
32 ölkənin milli komandalanın adı olan şarlar 4 səbətdə yerləşdirilmişdi. Birinci səbətə ev sahibi Braziliya ilə yanaşı 2013-cü ilin oktyabr ayı üçün FİFA reytinqinə daxil olan 7 ən yaxşı komandalar müəyyən edilmişdir — İspaniya (1), Almaniya (2), Argentina (3), Kolumbiya (4), Belçika (5), Uruqvay (6) və İsveçrə (7).[29] Qalan ölkələr o biri səbətlərə coğrafi və idman kriteriyalarına uyğun olaraq yerləşdirilmişlər: ikinci səbətə Asiya və Şimali Amerika ölkələri, üçüncü səbətə — Afrika və Cənubi Amerika ölkələri, dördüncü səbətə isə Avropa ölkələri yerləşdirilmişdir.
1-ci səbət | 2-ci səbət | 3-cü səbət | 4-cü səbət |
---|---|---|---|
Təşkilatçı & FIFA reytingində ən yaxşı 7 komanda | Şimali Amerika & Asiya & Okeaniya | Afrika & Cənubi Amerika | Avropa |
|
Püşk atmanın nəticələri
A qrupu | B qrupu | C qrupu | D qrupu |
E qrupu | F qrupu | G qrupu | H qrupu |
İşarə edilmiş rənglər | |
---|---|
1/8 final oyunlarina adlayan ölkələr | |
Növbəti mərhələyə addımlamayan ölkələr |
Xal Sistemi
Komandalara qrup mərhələsindəki hər qələbəyə görə 3 xal, heç-heçə nəticəsinə 1 xal, məğlubiyyətə görə isə 0 xal verilir.
Qrup mərhələsi iyunun 12-dən 26-na qədər Braziliyada baş tutmuşdur: qrupun hər komandası 3 oyun keçirmişdir. Qrup mərhələsi qol və heç-heçə oyunların çatışmazlığı ilə diqqətəlayiq idi. İlk heç-heçə oyunu məhz sayca 13-cü qarşılaşmada (İran və Nigeriya arasında) qeyd olunub. Mərhələdə vurulmuş qolların sayı 136-ya bərabərdir (2.83 qol oyun başına). Hazırkı Dünya Çempionatı kubokun sahibi İspaniya millsi 2 dalbadal qarşılaşmalardan sonra mərhədən kənarlaşdırılmışdır.
13 iyun 2014 01:00 UTC+5 17:00 UTC-3 |
|
Korintians Arena, San Paulo Tamaşaçı: 62 103 Hakim: Yuiti Nisimura |
13 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
Dunas Arena, Natal Tamaşaçı: 39 216 Hakim: Vilmar Roldan |
18 iyun 2014 21:00 UTC+5 16:00 UTC-3 |
|
Kastelao Arena, Fortaleza Tamaşaçı: 60 342 Hakim: Cüneyt Çakır |
19 iyun 2014 03:00 UTC+5 18:00 UTC-4 |
|
Amazonia Arena, Manaus Tamaşaçı: 39 982 Hakim: Pedru Proenza |
24 iyun 2014 01:00 UTC+5 17:00 UTC-3 |
|
National Arena, Brazilia Tamaşaçı: 69 112 Hakim: Yunas Eriksson |
24 iyun 2014 01:00 UTC+5 17:00 UTC-3 |
|
Pernambuko Arena, Rekife Tamaşaçı: 41 212 Hakim: Ravşan İrmatov |
Komanda | O | Q | H | M | VQ | BQ | QF | Xal |
---|---|---|---|---|---|---|---|---|
Niderland | 3 | 3 | 0 | 0 | 10 | 3 | +7 | 9 |
Çili | 3 | 2 | 0 | 1 | 5 | 3 | +2 | 6 |
İspaniya | 3 | 1 | 0 | 2 | 4 | 7 | -3 | 3 |
Avstraliya | 3 | 0 | 0 | 3 | 3 | 9 | −6 | 0 |
14 iyun 2014 00:00 UTC+5 16:00 UTC-3 |
|
Fonte Nova Arena, Salvador Tamaşaçı: 48 173 Hakim: Nikola Ritsoli |
14 iyun 2014 03:00 UTC+5 18:00 UTC-4 |
|
Pantanal Arena, Kuyaba Tamaşaçı: 40 275 Hakim: Numandez Due |
18 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
Beyra-Rio stadionu, Porto Alegre Tamaşaçı: 42 877 Hakim: Camel Aymudi |
19 iyun 2014 00:00 UTC+5 16:00 UTC-3 |
|
Marakana, Rio de Janeyro Tamaşaçı: 74 101 Hakim: Mark Qeyqer |
23 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
Bayksada Arena, Koritiba Tamaşaçı: 39 375 Hakim: Abdulla Şukrulla |
23 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
Korintians Arena, San Paulo Tamaşaçı: 62 996 Hakim: Bakari Papa Qassana |
Komanda | O | Q | H | M | VQ | BQ | QF | Xal |
---|---|---|---|---|---|---|---|---|
Kolumbiya | 3 | 3 | 0 | 0 | 9 | 2 | +7 | 9 |
Yunanıstan | 3 | 1 | 1 | 1 | 2 | 4 | -2 | 4 |
Kot-d'İvuar | 3 | 1 | 0 | 2 | 4 | 5 | -1 | 3 |
Yaponiya | 3 | 0 | 1 | 2 | 2 | 6 | −4 | 1 |
14 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
The Mineyrao stadionu, Belo Horizonte Tamaşaçı: 57 174 Hakim: Mark Qeyqer |
15 iyun 2014 06:00 UTC+5 22:00 UTC-3 |
|
Pernambuko Arena, Rekife Tamaşaçı: 40 267 Hakim: Enrike Osses |
19 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
National Arena, Brazilia Tamaşaçı: 68 748 Hakim: Hovard Uebb |
20 iyun 2014 03:00 UTC+5 19:00 UTC-3 |
|
Dunas Arena, Natal Tamaşaçı: 39 485 Hakim: Xoel Antonio Aqilyar |
25 iyun 2014 01:00 UTC+5 16:00 UTC-4 |
|
Pantanal Arena, Kuyaba Tamaşaçı: 40 340 Hakim: Pedru Proenza |
25 iyun 2014 01:00 UTC+5 17:00 UTC-3 |
|
Kastelao Arena, Fortaleza Tamaşaçı: 59 095 Hakim: Karlos Vera |
15 iyun 2014 00:00 UTC+5 16:00 UTC-3 |
|
Kastelao Arena, Fortaleza Tamaşaçı: 58 679 Hakim: Feliks Brix |
15 iyun 2014 03:00 UTC+5 18:00 UTC-4 |
|
Amazonia Arena, Manaus Tamaşaçı: 39 800 Hakim: Born Kuypers |
20 iyun 2014 00:00 UTC+5 16:00 UTC-3 |
|
Korintias Arena, San Paulo Tamaşaçı: 62 575 Hakim: Karlos Velasko Karbalyo |
20 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
Pernambuko Arena, Rekife Tamaşaçı: 40 285 Hakim: Enrike Osses |
24 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
Dunas Arena, Natal Tamaşaçı: 39 706 Hakim: Marko Antonio Rodriges Moreno |
24 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
The Mineyrao stadionu, Belo Horizonte Tamaşaçı: 57 823 Hakim: Camel Aymudi |
15 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
National Arena, Brazilia Tamaşaçı: 68 351 Hakim: Ravşan İrmatov |
16 iyun 2014 00:00 UTC+5 16:00 UTC-3 |
|
Beyra-Rio, Porto Alegre Tamaşaçı: 43 012 Hakim: Sandro Meyra Rissi |
21 iyun 2014 00:00 UTC+5 16:00 UTC-3 |
|
Fonte Nova Arena, Salvador Tamaşaçı: 51 003 Hakim: Born Kuypers |
21 iyun 2014 03:00 UTC+5 19:00 UTC-3 |
|
Bayksada Arena, Koritiba Tamaşaçı: 39 224 Hakim: Benjamin Uilymas |
26 iyun 2014 01:00 UTC+5 16:00 UTC-4 |
|
Amazonia Arena, Manaus Tamaşaçı: 40 322 Hakim: Nestor Pitana |
26 iyun 2014 01:00 UTC+5 17:00 UTC-3 |
|
Marakana, Rio de Janeyro Tamaşaçı: 73 749 Hakim: Numandez Due |
Komanda | O | Q | H | M | VQ | BQ | QF | Xal |
---|---|---|---|---|---|---|---|---|
Argentina | 3 | 3 | 0 | 0 | 6 | 3 | +3 | 9 |
Nigeriya | 3 | 1 | 1 | 1 | 3 | 3 | 0 | 4 |
Bosniya və Herseqovina | 3 | 1 | 0 | 2 | 4 | 4 | 0 | 3 |
İran | 3 | 0 | 1 | 2 | 1 | 4 | −3 | 1 |
16 iyun 2014 03:00 UTC+5 19:00 UTC-3 |
|
Marakana, Rio de Janeyro Tamaşaçı: 74 689 Hakim: Xoel Antonio Aqilyar |
17 iyun 2014 00:00 UTC+5 16:00 UTC-3 |
|
Bayksada Arena, Koritaba Tamaşaçı: 38 533 Hakim: Karlos Vera |
21 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
The Mineyrao stadionu, Belo Horizonte Tamaşaçı: 57 698 Hakim: Milorad Majiç |
22 iyun 2014 03:00 UTC+5 18:00 UTC-4 |
|
Pantanal Arena, Kuyaba Tamaşaçı: 40 499 Hakim: Piter О’Liri |
25 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
Beyra-Rio stadionu, Porto Alegre Tamaşaçı: 43 285 Hakim: Nikola Ritsoli |
25 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
Fonte Nova Arena, Salvador Tamaşaçı: 48 011 Hakim: Karlos Velasko Karbalyo |
Komanda | O | Q | H | M | VQ | BQ | QF | Xal |
---|---|---|---|---|---|---|---|---|
Almaniya | 3 | 2 | 1 | 0 | 7 | 2 | +5 | 7 |
ABŞ | 3 | 1 | 1 | 1 | 4 | 4 | 0 | 4 |
Portuqaliya | 3 | 1 | 1 | 1 | 4 | 7 | -3 | 4 |
Qana | 3 | 0 | 1 | 2 | 4 | 6 | −2 | 1 |
16 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
Fonte Nova Arena, Salvador Tamaşaçı: 51 081 Hakim: Milorad Majiç |
17 iyun 2014 03:00 UTC+5 19:00 UTC-3 |
|
Dunas Arena, Natal Tamaşaçı: 39 760 Hakim: Yunas Erikson |
22 iyun 2014 00:00 UTC+5 16:00 UTC-3 |
|
Kastelao Arena, Fortaleza Tamaşaçı: 59 621 Hakim: Sandro Meyra Rissi |
23 iyun 2014 03:00 UTC+5 18:00 UTC-4 |
|
Amazonia Arena, Manaus Tamaşaçı: 40 123 Hakim: Nestor Pitana |
26 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
Pernambuko Arena, Rekife Tamaşaçı: 41 876 Hakim: Ravşan İrmatov |
26 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
National Arena, Brazilia Tamaşaçı: 67 540 Hakim: Abdulla Şukrulla |
Komanda | O | Q | H | M | VQ | BQ | QF | Xal |
---|---|---|---|---|---|---|---|---|
Belçika | 3 | 3 | 0 | 0 | 4 | 1 | +3 | 9 |
Əlcəzair | 3 | 1 | 1 | 1 | 6 | 5 | +1 | 4 |
Rusiya | 3 | 0 | 2 | 1 | 2 | 3 | -1 | 2 |
Cənubi Koreya | 3 | 0 | 1 | 2 | 3 | 6 | −3 | 1 |
17 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
The Mineyrao stadionu, Belo Horizonte Tamaşaçı: 56 800 Hakim: Marko Antonio Rodriges Moreno |
18 iyun 2014 03:00 UTC+5 18:00 UTC-4 |
|
Pantanal Arena, Kuyaba Tamaşaçı: 37 603 Hakim: Nestor Pitana |
22 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
Marakana, Rio de Janeyro Tamaşaçı: 73 819 Hakim: Feliks Brix |
23 iyun 2014 00:00 UTC+5 16:00 UTC-3 |
|
Beyra-Rio stadionu, Porto Alegre Tamaşaçı: 42 732 Hakim: Vilmar Roldan |
27 iyun 2014 01:00 UTC+5 17:00 UTC-3 |
|
Korintians Arena, San Puolo Tamaşaçı: 61 397 Hakim: Ravşan İrmatov |
27 iyun 2014 01:00 UTC+5 17:00 UTC-3 |
|
Bayksada Arena, Koritiba Tamaşaçı: 39 311 Hakim: Cüneyt Çakır |
1/8 final oyunları | 1/4 final oyunları | Yarımfinal oyunları | Final | |||||||||||
28 iyun — Belo Horizonte | ||||||||||||||
Braziliya (pen.) | 1(3) | |||||||||||||
4 iyul — Fortaleza | ||||||||||||||
Çili | 1(2) | |||||||||||||
Braziliya | 2 | |||||||||||||
29 iyun — Rio de Janeyro | ||||||||||||||
Kolumbiya | 1 | |||||||||||||
Kolumbiya | 2 | |||||||||||||
9 iyul — Belo Horizonte | ||||||||||||||
Uruqvay | 0 | |||||||||||||
Braziliya | 1 | |||||||||||||
30 iyun — Brazilia | ||||||||||||||
Almaniya | 7 | |||||||||||||
Fransa | 2 | |||||||||||||
5 iyul — Rio de Janeyro | ||||||||||||||
Nigeriya | 0 | |||||||||||||
Fransa | 0 | |||||||||||||
31 iyun — Porto Alegre | ||||||||||||||
Almaniya | 1 | |||||||||||||
Almaniya (ə.v.) | 2 | |||||||||||||
14 iyul — Rio de Janeyro | ||||||||||||||
Əlcəzair | 1 | |||||||||||||
Almaniya (ə.v.) | 1 | |||||||||||||
29 iyun — Fortaleza | ||||||||||||||
Argentina | 0 | |||||||||||||
Niderland | 2 | |||||||||||||
5 iyul — Salvador | ||||||||||||||
Meksika | 1 | |||||||||||||
Niderland (pen.) | 0(4) | |||||||||||||
30 iyun — Rekife | ||||||||||||||
Kosta-Rika | 0(3) | |||||||||||||
Kosta-Rika (pen.) | 1(5) | |||||||||||||
10 iyul — San Paulo | ||||||||||||||
Yunanıstan | 1(3) | |||||||||||||
Niderland | 0(2) | |||||||||||||
1 iyul — San Paulo | ||||||||||||||
Argentina (pen.) | 0(4) | Üçüncülük oyunu | ||||||||||||
Argentina (ə.v.) | 1 | |||||||||||||
6 iyul — Brazilia | 13 iyul — Brazilia | |||||||||||||
İsveçrə | 0 | |||||||||||||
Argentina | 1 | Braziliya | 0 | |||||||||||
2 iyul — Salvador | ||||||||||||||
Belçika | 0 | Niderland | 3 | |||||||||||
Belçika (ə.v.) | 2 | |||||||||||||
ABŞ | 1 | |||||||||||||
1986-cı ildə pley-off mərhələsinin daxil olması anından ilk dəfə olaraq bütün öz qrupların qalibləri 1/8 final mərhələsinə addımlayıblar. Onlardan dörd ölkə UEFA, üçü CONMEBOL və biri CONCACAF-a daxildir. Mərhələdə səkkiz qarşılaşmaların beşində əlavə vaxt, iki qarşılaşmada isə penalti seriyası təyin edilmişdir. Dünya çempionatı tarixində ilk dəfə pley-off mərhələsində penalti seriyası bir oyundan çox qarşılaşmalarda təyin edilmişdir. Hər oyuna orta hesabla 2,25 qol vurulmuşdur (qrup mərhələsində — 0,58 qol). 1/8 final mərhələsinə addımlayan komandalardan dördü Kubokun çempionları (Braziliya, Almaniya, Argentina və Fransa), üçqat finalçı (Niderland) və iki komanda ilk dəfə (Kolumbiya və Kosta-Rika) növbəti raunda keçiblər. Belçika 1986-cı ildə ilk dəfə 1/8 final mərhələsinə vəsiqə qazanıb.
28 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
The Mineyrao stadionu, Belo Horizonte Tamaşaçı: 57 714 Hakim: Hovard Uebb |
28 iyun 2014 01:00 UTC+5 17:00 UTC-3 |
|
Marakana, Rio de Janeyro Tamaşaçı: 73 804 Hakim: Born Kuypers |
29 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
Kastelao Arena, Fortaleza Tamaşaçı: 58 817 Hakim: Pedru Proensa |
29 iyun 2014 01:00 UTC+5 17:00 UTC-3 |
|
Pernambuko Arena, Rekife Tamaşaçı: 41 242 Hakim: Benjamin Vilyams |
30 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
National Arena, Brazilia Tamaşaçı: 67 882 Hakim: Mark Qeyqer |
30 iyun 2014 01:00 UTC+5 17:00 UTC-3 |
|
Beyra-Rio stadionu, Porto Alegre Tamaşaçı: 43 063 Hakim: Benjamin Uilymas |
1 iyun 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
Korintians Arena, San Paulo Tamaşaçı: 63 255 Hakim: Yunas Eriksson |
1 iyun 2014 01:00 UTC+5 17:00 UTC-3 |
|
Fonte Nova Arena, Salvador Tamaşaçı: 51 227 Hakim: Camel Aymudi |
Almaniya milli yığması, Fransa milli yığmasını 1–0 hesabı ilə məğlub edərək və 1/2 final mərhələsinə 4-cü dəfə ardıcıl vəsiqə qazanaraq, dünya çempionatın rekordunu qurdu. Braziliya Kolumbiyanı 2–1 hesabı ilə məğlub edib. Braziliyalı oyunçu Neymar oyun zamanı ciddi zədə aldığına görə sonrakı oyunları buraxmağ məcburiyyətində idi. Argentina yığması Belçikanı məğlub edərək ilk dəfə 1990-cı ildən yarımfinal mərhələsinə addımlayıb. Niderland Kosta-Rikanı oyunsonrası penalti seriyasında qət edərək 2-ci dəfə ardıcıl yarımfinal mərhələsinə addımlayıb.
4 iyul 2014 21:00 UTC+5 17:00 UTC-3 |
|
Kastelao Arena, Fortaleza Tamaşaçı: 60 342 Hakim: Karlos Velasko Karbalyo |
5 iyul 2014 01:00 UTC+5 13:00 UTC-3 |
|
Marakana, Rio de Janeyro Tamaşaçı: 74 240 Hakim: Nestor Pitana |
5 iyul 2014 21:00 UTC+5 13:00 UTC-3 |
|
National Arena, Brazilia Tamaşaçı: 68 551 Hakim: Nikola Ritsoli |
6 iyul 2014 01:00 UTC+5 17:00 UTC-3 |
|
Fonte Nova Arena, Salvador Tamaşaçı: 51 179 Hakim: Ravşan İrmatov |
Yarımfinal mərhələsində Almaniya Braziliyanı 7–1 hesabı ilə sarsıdıcıllığla məğlub edib. Bu, 1920-ci ildən ilk dəfə Braziliya futbolunun ən böyük məğlubiyyətidir. Alman oyunçusu Miroslav Kloze turnirdə 16-cı qolu vuraraq braziliyalı Ronaldonun rekordunu qırdı. Bundan başqa, Kloze daha da bir rekordu qurdu: o, dünya çempionatlarının yarımfinal mərhələsində 4-dü dəfə ardıcıl iştirak edən birinci oyunçudur.
Argentina milli yığması 1990-cı ildən ilk dəfə finala vəsiqə qazanmışdır.
9 iyul 2014 01:00 UTC+5 17:00 UTC-3 |
|
The Mineyrao stadionu, Belo Horizonte Tamaşaçı: 58 141 Hakim: Marko Antonio Rodriges Moreno |
10 iyul 2014 01:00 UTC+5 17:00 UTC-3 |
|
Korintians Arena, San Paulo Tamaşaçı: 63 267 Hakim: Cüneyt Çakır |
Braziliyanı 3–0 hesabı ilə məğlub edərək, Niderland ilk dəfə olaraq dünya çempionatın bürünc medallarını qazanıb. Braziliya milli yığması isə mundialların sahibləri arasında buraxılmış qollar sayəsində antirekordu qurub (11 qol vurub və 14 qol buraxmışdır). Əvvəlki rekord 60 il saxlanılmışdır: həmin vaxt İsveçrə milli yığması 11 vurulmuş qol nəzdində 11 qol buraxmışdır.
13 iyul 2014 01:00 UTC+5 17:00 UTC-3 |
|
National Arena, Brazilia Tamaşaçı: 68 034 Hakim: Camel Aymudi |
Almaniya və Argentina milli yığma komandaları bütövlükdə 20 dəfə qarşılaşmışdır. Həmin qarşılaşmalarda almanlar 6 dəfə, argentinalallar 9 dəfə qalib gəlmişdir; 5 dəfə isə nəticə heç-heçə hesabı ilə qurtarmışdır. Argentina finala ilk dəfə 1990-cı ildən addımlayıb. Dünya çempionatı çərçivəsində komandalar 6 dəfə görüşüb (2 dəfə final oyunlarında). Argentinanı alman hücumçusu Mario Götzenin vurduğu yeganə qol sayəsində qalib gələrək, Almaniya Amerikada keçirilmiş dünya çempionatı turnirində ilk qalib gələn avropa ölkəsi oldu.
14 iyul 2014 00:00 UTC+5 16:00 UTC-3 |
|
Marakana, Rio de Janeyro Tamaşaçı: 74 738 Hakim: Nikola Ritsoli |
Çempion |
---|
Almaniya (4-cü titul) |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.