Futbol qaydaları
From Wikipedia, the free encyclopedia
Futbol qaydaları (ing. Laws of the Game; hərfi tərcümə "oyunun qaydaları") — futbol oyunun qaydalarını müəyyən edən reqlament, həm də buna əsasən futbol yarışları keçirilir. Bu qaydalara riayət edilən ilk oyun Kembric Universitetinin üzvləri keçiriblər (Parkers Pis, Kembric şəhəri, 1848-ci il). 26 oktyabr, 1863-cü ildə İngiltərə Futbol Assosiasiyası bu qaydaları rəsmən təsdiqləmişdi. Qaydaların müasir formasının isə futbol assosiasiyalarının beynəlxalq şurası düzəldib və FİFA tərəfindən dərc olunub, bu hadisə 1970 ildə baş vermişdi. Bu qaydalar futbolda bu məsələləri qaydaya salır: oyunçuların sayı, matçın davamlılığı, meydançanın ölçüsünü, futbol topuna aid tələblər, pozuntuların növləri və s.