Fransa erməniləri
From Wikipedia, the free encyclopedia
Fransa erməniləri — Fransada yaşayan ermənilərə verilən ümumi ad. Qərb ölkələri arasında Fransa erməniləri ABŞ ermənilərindən sonra ikinci ən böyük erməni diasporudur. Fransada yerləşən Erməni Məsələsinin Müdafiə Komitəsi (Comité de défense de la cause arménienne (CDCA)) və Erməni Diasporunun Araşdırmalar Mərkəzinin (Centre de recherches sur la diapora arménienne (CRDA)) verdiyi məlumata görə bu gün Fransada 600 min nəfər erməni əsilli yaşayır.[1]